Page 78 - book-online
P. 78
ìÿä Àüàîüëó

әmәllәri üzündәn gülüş mövzusuna çevrilirdi. Onun
idarә işçilәrinә qәnaәt mәqsәdi ilә, içәrisindәki mәhlulun
buxarlanıb havaya uçmaması üçün mürәkkәb şüşәlәrinin
ağzını daim bağlı saxlamaları barәsindә әmr vermәsi
dildәn-dilә düşәn zarafatlardan biri kimi mәşhurlaşmışdı.

Şeyx Sәid üsyanı1 zamanı daha mәqbul saydığı
yumşaq siyasәtin Baş vәkilin mövqelәrini zәiflәtdiyini
hiss edәr-etmәz xariciyyә vәkili ilә bәrabәr daha şiddәtli
tәdbirlәr görülmәsinin tәrәfdarı kimi çıxış etmәyә başladı.
Bu yolla tәkrar hökumәt başına keçәcәyini sezdiyi şәxsә
yaxınlaşmaq istәyirdi. Mәqsәd qısa müddәtdә ürәkdәn
vurulduğu bәhriyyә vәkili vәzifәsini qoruyub saxlamaq
idi.

Hadisәlәr tәxminlәrә uyğun şәkildә davam etdi.
Fәthi bәy vәzifәdәn çәkildi, yerinә İsmәt Paşa baş vәkil
oldu. Fәthi bәyә qarşı yeni baş vәkili nә qәdәr müdafiә
etsә dә, köklәri Milli Mücadilә illәrinә gedib çıxan bir
para әndişәlәri, narahatlıqları vardı.

Mәşrutiyyәtdәn öncә Ədirnәdә xәncәr vә Quran
üzәrinә gözübağlı and içәrәk gizli İ ihad vә Tәrәqqi
cәmiyyәtinә üzv yazılması prosesinә rәhbәrlik etmәsi
İsmәt Paşa ilә ulduzlarının barışmasına heç cür imkan
vermәdi. Xoşagәlmәz tәsadüflәr onları az qala hәr yerdә
qarşı-qarşıya çıxarır, üzbәüz qoyurdu. Bursanın yunanlar
tәrәfindәn işğalına imkan yaradan hәrbi sәhvlәri hәr
yerdә açıq vә kәskin şәkildә tәnqid etmişdi. Ankara
İstiqlal Mәhkәmәsi rәisi olduğu zaman Qәrb Cәbhәsi
Komandanının Ali İhsan Paşa2 ilә bağlı i ihamlarını
tәhqiq etmişdi. Nәticәdә mәsәlәnin İstiqlal Mәhkәmәsinin

1 Kürd aşirətinin başçısı, Nəqşbəndi təriqətinin şeyxi Şeyx Səidin (1865-1925)
rəhbərliyi ilə 1924-cü ilin martında zaza-kürd tayfalarının fəal iştirakı ilə cənub-
şərqi Anadoluda xilafət tərəfdarlarının mərkəzi hökumətə qarşı qaldırdıqları üsyan.
2 Ali İhsan Sabis (1882-1957) – türk hərbçisi və siyasi xadim, Atatürkün yaxın
silahdaşı

78
   73   74   75   76   77   78   79   80   81   82   83