Page 75 - antologiya
P. 75
şad Nuri Güntəkin 75

bircә yolu evdәkilәrdәn birinin çölә çıxmasıydı; onda
utanır, altı kirli corablarının üstündә çöküb, çәp gözlәrini
bir nöqtәyә zillәyirdi.

Artıq bu evә hafiz İlyası görmәyә gәlәn mәdrәsә
әhlinin, dost-tanışın da axını başlamışdı. Üstәlik, onun
vergili olduğunu eşidәnlәr hәr gün xәstә gәtirirdilәr ki,
әlini çәksin.

Evdә isә әmәlli-başlı hörmәtdәn düşmüşdü, artıq
qonaq otağında deyil, hamam tәrәfdәki küncdә yatırdı.
Hacı Әli nadir hallarda onunla söhbәt edir, nәsә pis bir şey
demәmәk üçün üzünә baxmağa çәkinirdi. Ancaq hәr
söhbәtdә nәsә bir ehyam vurur, darısqallıqdan, narahat-
lıqdan danışır, hәr dәfә dә ümid edirdi ki, deyәsәn, İlyas
onu başa düşüb, yәqin, sabah çıxıb gedәcәk. Amma ertәsi
gün onun tükünün dә tәrpәnmәdiyini görüb yenidәn әlac
axtarmağa başlayardı.

Bir gün belә bir söhbәt oldu:
Hacı Әli dedi:
– Hafiz, bazar günü İstanbula gәmi var, çox rahatdı.
Pillәkәnin başında dayanan qayınanası müdaxilә
elәdi:
– Ay oğul, Allahın qonağıdı da. Sәn әmәlli-başlı qo-
vursan onu, ayıbdı.
– Sәn Allah, bәsdir, ay ana, sәn dә mәni әsәbilәşdirmә.
– Sәnin kimi nәsilli-nәcabәtli adama yaraşar heç?
Qapına pәnah gәtirib, sәnә “ata” deyib!
– Ay ana, vallah, yazığım da gәlir. Ancaq zәmanә o
zәmanә deyil, camaat öz külfәtini dolandıra bilmir, bir az
siz dә başa düşün dә, mәn yazıq deyilәm?
– Ay bala, bir adamın boğazıyla ac qalası deyilik ki.
– Sәn nә deyirsәn, ay arvad, “bir mollanın yediyini
dörd inәk yemәz” mәsәlini eşitmәmisәn? Nә oldu, bәs
atası vәsiyyәt elәmişdi ki, hәftәdә iki gün oruc tutsun, niyә
   70   71   72   73   74   75   76   77   78   79   80