Page 70 - antologiya
P. 70
Başmaq dükanlarının qabağından keçәndә onların
birindәn hündürboy, bığlı bir kişi çıxdı vә ucadan sәslәndi:

– Tahir әfәndi, Tahir әfәndi!..
Dostum ona sarı çevrilmәdәn dayandığı yerdәcә
donub-qaldı. Başını aşağı salaraq gözlәdi. Hündürboy,
bığlı kişi davam elәdi:
– Çoxdandı bazarda görünmürsüz. Xanım qız üçün
aldığınız cehizin borcunu vermәk fikriniz yoxdu? Az qala
bir il olacaq, biz dә kasıb adamlarıq, çәtin vaxtınızda sizә
kömәk elәdik, insaf da yaxşı şeydi axı…
Sonrasına qulaq asmadan oradan uzaqlaşdım. O
gündәn bәri hәmin “müqәddәs xatirә”nin bu ünvanından
keçәndә mәn dә narahat oluram.

70 ALLAH QONAĞI

Manqalın yanında axşam qәhvәsini içәndә hәyәt
qapısı qәfil möhkәm döyülmәyә başladı. Hacı
Әli әfәndi kefikök halda gülümsәyәrәk:
– Deyәsәn, bizim kirayәnişindir, yәqin, evin pulunu
gәtirib, – dedi.
Qayınanası ağzını büzdü. Kirayәnişinin ayın iyir-
misindәn qabaq pul gәtirdiyini yuxusunda da görsә, xeyirә
yozmazdı. Müzәyyәn eyvandakı mәhәccәrә söykәnib
qapıdakının kimliyini müәyyәnlәşdirmәyә çalışırdı:
– Deyәsәn, әmmamәli bir kişidi, – dedi.
Hacı Әli heyrәtlә:
– Әmmamәli kişi? Dilәnçi deyil ki? Tez Әlif bacına
xәbәr elә!
Әlif bacı evin aşpazıydı. Qulağı ağır eşidirdi, ona
görә dә qapının döyüldüyünü hәmişә ona yuxarı mәrtә-
   65   66   67   68   69   70   71   72   73   74   75