Page 65 - antologiya
P. 65
ub Qədri Qaraosmanoğlu 65

Qoca yanındakı qadını göstәrәk:
– Bu bilir, bu danışsın, – dedi.
Qadın üzünü çevirib bizә baxdı. Gözәl vә tәra-
vәtliydi, birdәn-birә qәribә mehribanlıqla:
– Gәlin ayaqlarıma baxın! – Dedi.
Әvvәlcә bu sözün mәnasını başa düşmәdik. Sonra
әyilib dizә qәdәr bağladığı çirkli әsgini görәndә bizә elә
gәldi ki, onun ayaqları yanmış odundan fәrqlәnmir. Başına
gәlәnlәri danışmağa başladı. Sakit, hәyәcansız, şirin-şirin
danışır, qoca isә arabir onun unutduğu mәqamları xatırla-
dırdı. Aramızdakılardan biri tәsirlәnib ağlamağa başlayan-
da kişi qızı dürtmәlәdi:
– Bәsdi, camaatın ürәyi xarab oldu.
Bu boyda dәhşәtin içindә o qocanın ürәyindәki bu
mәrhәmәt nәydi, ilahi? Mәn bunu düşünәrkәn uşaq otağın
bir küncündә nәsә axtarırdı. Sonra bir ovuc qozla bizә
yaxınlaşıb yerә tökdü. Mәn hәm susan qıza, hәm başı әsәn
qocaya, hәm dә qarşımızda günahkar kimi dayanan uşağa
baxaraq:
– Quzum, neynirsәn bu qozları? – Soruşdum.
Uşaq cavab vermәyәrәk yerә baxdı. Sonra ağsaqqal
tövrlә:
– Yeyin! – dedi.
O gündәn “qoz” dediyimiz bәrk, quru meyvә mәnim
üçün ülvi bir hissin rәmzi mәnasını daşıyır.
   60   61   62   63   64   65   66   67   68   69   70