Page 64 - antologiya
P. 64
Türkiyə ədəbiyyatı antologiyası

mәmiş, insandan ürkәn heyvan balası kimi yaxınlaşaraq

üzümüzә baxa-baxa nәsә demәyimizi gözlәdi.

– Burada tәksәn, balaca?

Başını iki dәfә yellәyәrәk:

– Yox, babamla bacım da buradadı, – dedi.

– Kәnddә sizdәn başqa, heç kәs yoxdu?

Uşaq әtrafa baxdı:

– Getdilәr, hamı getdi.

– Burada üstübağlı bir ev varmı?

Uşaq heç vaxt yadımdan çıxmayan bir tәbәssümlә

çubuq kimi nazik qolunu irәli uzatdı:

– Orada bizim evimiz var.

– Göstәr görüm evinizi.

Qabağa düşәrәk bizi әlliaddımlıqda yerlәşәn, bir

hissәsi torpağın altında olan hinәoxşar bir evә apardı.

Otaqdan qәribә iy gәlirdi. Әvvәl elә bildik, içәridә heç kәs

64 yoxdu. Ancaq gözlәrimiz zülmәtә öyrәşdikdәn sonra iki
nәfәrin olduğunu gördük. Kölgәlәrindәn birinin qadın,

digәrinin qoca bir kişi olduğu anlaşılırdı. Üst-üstә yığılmış

şeylәrin arasında büzüşüb oturan bu iki adam bir müddәt

qımıldanmadı. Sonra qoca titrәk sәslә bizi salamladı:

– Xoş gәlmisiniz, buyurun!

Aramızdakılardan biri:

– Ay ata, sәn Allah, bağışla, narahat elәdik, uzun yol

gәlmişik, yaman yorulmuşuq, burada gecәlәmәyә icazә

versәniz, yaxşı olar, – dedi.

Getdikcә siması daha aydın görünәn qoca, hәm

yanındakı qadının, hәm dә uşağın üzünә baxaraq:

– Burada, necә? – soruşdu.

Qadın arxası biz tәrәfә oturmuşdu. Deyәsәn,

gәlişimiz ürәyincә deyildi. Ancaq hamımız bilirdik ki,

Anadoluda qadınlar yad kişi görәndә belә davranırlar.

– Ay ata, nә olar, biz dә müsәlmanıq, sizin dәrdinizә

çarә tapmaq üçün iyirmi gündür buralardayıq, birgecәlik

bir küncә qısılıb yatarıq.
   59   60   61   62   63   64   65   66   67   68   69