Page 68 - antologiya
P. 68
Türkiyə ədəbiyyatı antologiyası

Bu hadisәdәn sonra utancaq kişiylә möhkәm dost
olmuşduq. Hәr sәhәr İstanbula birgә gedirdik. Düz başa
düşmüşdüm: hansısa bir idarәdә katib işlәyirdi. Böyük bir
ailәyә baxırdı. Dolanışığı ağır olsa da, heç nәdәn şikayәt
elәmirdi, mәğrur adam idi. Nәsә pis bir xәbәr, ağır söz
eşitmәmәk üçün insanlardan uzaq durmağa çalışırdı.
Vicdanlı, çalışqan, olduqca mәlumatlıydı. Ancaq, tәәssüf
ki, bu qәdәr sakit, qorxaq vә üzüyumşaq bir adam hәyatda
çox şeyә nail ola bilmәzdi, ona görә dә ölәnәdәk yerindә
saymağa mәhkum idi.

Bir-birimizә çox isinişmişdik, artıq tәkcә gәmidә
yox, gәmidәn düşәndәn sonra da yoldaşlıq edirdik. Yolu-
muz eyni idi, idarәlәrimiz arasında beş-altı dәqiqәlik
mәsafә vardı.

Bir şey diqqәtimi çәkmişdi ki, kişi bazarın içindәn
68 keçәn kәsә yolla getmәkdәn qaçır, mәni bәrbad, uzun yolla

aparmağa çalışır. Belәcә, sәhәrin gözü açılmamış bir
dünya yolu ayaqlayırdıq.

Bazara yaxınlaşanda qoluma girir, utancaq olsa da,
bir söhbәt açır, guya başımı qatmağa çalışaraq mәni
xarabalıq küçәlәrә tәrәf yönәldirdi. Bir-iki dәfә sәbәbini
soruşmuşdum vә “Bazarda qarışıqlıqdı, bu yol uzun olsa
da, sakitçilikdi”, – demişdi.

Utancaq adamlarda qәribә xüsusiyyәt olur: bәzilәri
adam çox olanda tanıdıqları simalarla salamlaşmaqdan
utanar, bәzilәri üzünü qırxdırarkәn sifәtinә baxan bәrbәrin
baxışlarından qıpqırmızı olar, әcәl tәri tökәr. “Yәqin, bu
kişi dә adam çox olan yerә getmәkdәn utanır”, –
fikirlәşirdim.

Bir müddәt sonra bu qәnaәtin doğru olmadığını
düşündüm. Hәr gün bu yoldan keçәndә yoldaşımı bürüyәn
   63   64   65   66   67   68   69   70   71   72   73