Page 71 - antologiya
P. 71
şad Nuri Güntəkin 71

bәdәn xәbәr vermәli olurdular. Qapıda nәsә uzun çәk-çevir
oldu, yәqin, gәlәn adam nә istәdiyini Әlif bacıya başa sala
bilmirdi. Hacı Әli başmaqlarını geyinib nәrdivana tәrәf
getdi:

– Әlif bacı, kimdi gәlәn? Nә olub, bir saatdır qapıda
çәnә döyürsәn?

– Şәyirdә oxşar biridi. Nә bilim, “Hacı Hafiz” deyir,
nә deyir, başa da düşmürәm.

Hacı Әli:
– Sus, oğlan eşidәr, – deyib aşağı düşdü.
Gәlәn girdәsifәt, çәpgöz, naziksaqallı, sısqa bir gәnc
idi. Çiynindә heybә vardı.
– Xeyirdi, bala, kimi axtarırsan?
Oğlan cavab vermәdi, utana-utana onun әlini öpüb
alına qoydu.
– Bala, kimsәn, nәçisәn? Mәn axı sәni tanımadım.
Oğlan gülümsündü:
– Mәnәvi oğlunuz, 11 yaşlı uşaqların qrupundakı ha-
fizlәrdәnәm.
Hacı Әli başını qaşıdı, belә mәnәvi oğlu olduğunu
yadına sala bilmәdi. Oğlan izah etmәyә çalışıdı:
– O vaxt Muğlada hacı Hafiz Yunis vardı ha. Keçәn
il öldü.
– Muğlalı hacı Hafiz yadımdadı, tәmiz insan idi,
ancaq beş-altı il var ki, ölüb, bәlkә dә, lap çox.
– Bәlkә dә, elәdi. Vaxt keçib deyә, yadımda qalma-
yıb, mәn tәxmini dedim.
Hacı Әli qalın qaşlarını çataraq:
– Heç nә başa düşmәdim, hafiz! Hacı Hafiz ölüb
deyә mәn niyә sәnin atalığın olum axı?
– Himayәdarım idi, onun o kasıb hafizi İlyas mәnәm
dә…
Hacı Әli әfәndinin çöhrәsi birdәn-birә işıqlandı:
   66   67   68   69   70   71   72   73   74   75   76