Page 72 - antologiya
P. 72
Türkiyə ədəbiyyatı antologiyası

– Hәә, o mәnada… Rәhmәtlik hәmişә “oğlum İlyas”

deyirdi. Demәli, İlyas sәnsәn… Şad oldum, gәl içәri.

Hafiz İlyas ayağındakı mәsti çıxardı, heybәsini qapı-

nın ağzına qoyub qonaq otağına girdi. Hacı Әli nәrdivanın

aşağısından sәslәnib qәhvә istәyәrkәn hafiz güzgülәrә,

divardakı irihәrfli lövhәlәrә, oyma rәflәrә, zәngli saatlara

heyranlıqla baxırdı. Ev sahibi tәkid etsә dә, sidr ağacından

hazırlanmış, sarı toxuma örtüklü oturcaqda әylәşmәyә

cәsarәt etmәyәrәk qapının ağzındakı balaca xalçanın üs-

tündә bardaş qurdu.

Hacı Әli iki gün әvvәl bir mәclisdә gedәn söhbәti

xatırladı. Söhbәt edәnlәr sayılıb-seçilәn, sözükeçәn

adamlar idi deyә orada lazımi sözü deyә bilmәmişdi.

Üzünü pәncәrәyә tutaraq:

– Alçaqlar, elә babanız yaşında kişilәrin qabağında

72 qıçı qıç üstә aşırıb oturmağı bilirsiniz. Baxın görün, mәd-
rәsәdә oxumuş oğlanın tәrbiyәsi hansınızda var? – dedi.

***
Hacı Әli әfәndi Bursanın köklü vә böyük nәsillә-
rindәn idi. Uşaqlığında atasının evi hökumәt evi kimi
istifadә olunurdu. Ramazan aylarında evә yaxın kәndlәrdә
müәzzinlik, müәllimlik edәn mәdrәsә şagirdlәri ona qonaq
gәlәr, mәtbәxdә qazanlar gecә-gündüz qaynardı. Hacı Әli
hacı Hafizi o vaxtdan tanıyırdı. Hökumәt evindә böyük
nüfuzu vardı. Hәr il Ramazan ayı başlamazdan gәlәr, Qur-
ban Bayramından sonra qayıdardı. Atası ölәndәn sonra
hökumәt evi dağılmışdı. Nә isә, yaxşı günlәr idi, azca
pulla şah kimi dolanırdılar. Hacı Hafiz çox yaxşı insan idi.
Hәm dә ağır vergiliydi, hәtta Bursada da kәramәtinә
inananlar vardı. On il әvvәl iflic olduğuna görә Muğladan
çıxa bilmәmiş, sonra vәfat etmişdi. Bu hafiz dә heç vaxt
dilindәn düşmәyәn oğulluğu idi.
   67   68   69   70   71   72   73   74   75   76   77