Page 73 - antologiya
P. 73
şad Nuri Güntəkin 73

Gәlәnin kimliyini öyrәnәn qayınanası Qüdsiyyә xa-
nım tәlәsik hicabını vә jiletini geyinib aşağı düşdü. Hafiz
İlyas arvadın yanında daha çox utanır, girdә sifәti rәngdәn-
rәngә düşür, verilәn suallara tәhiyyәt namazı qılanlar kimi
әllәrini dizlәri üstündә tutaraq gözü bir nöqtәyә zillәnmiş
vәziyyәtdә başını tәrpәtmәdәn cavab verirdi.

Qüdsiyyә xanım әyilib kürәkәninin qulağına:
– Vallah, bu hәya heç indiki qızlarda da yoxdur, –
dedi.
Onu daha çox maraqlandıran bu idi ki, görәsәn, hacı
Hafiz ölmәmişdәn qabaq vergisini oğulluğuna verib, ya
yox?
İlyas başıyla tәsdiqlәdi:
– Rәhmәtlik atam ölmәmişdәn ya üç gün әvvәl idi,
ya da bir ay-zad... Sanki özünә dә әyan olmuşdu ki, ölәcәk,
mәni qarşısında oturdaraq ağzıma üç dәfә tüpürüb ver-
gisini verdi, indi onun yerinә mәn әlac edirәm.
– Şad oldum, oğlum, bundan sonra mәnim yelimә
әlac qılarsan.
Hacı Әli Hacı Hafizlә bağlı son illәrinin necә keçdi-
yindәn tutmuş, ölәndәn sonra üstünә nur yağmasınadәk,
hәr barәdә bu gәnclә söhbәt edәndәn sonra soruşdu:
– İndi hara gedirsәn belә?
Hafiz İlyasın dediklәrindәn belә mәlum oldu ki,
Muğlada bahaçılıq olduğundan İstanbula iş axtarmağa
gedirmiş, neçә vaxtdır Hacı Әliyә baş çәkә bilmәdiyinә
görә utandığından fürsәtkәn bu qapını döyüb xeyir-dua
almaq istәyib. Evi dә oruc ağıza düz üç saat axtarandan
sonra çәtinliklә tapıb. Hacı Әli soruşanda ki, nә vaxtın
orucudu bu, İlyas dedi, atasının vәsiyyәtidi, hәftәdә iki
gün oruc tutmasam, ruhu mәni bağışlamaz.
   68   69   70   71   72   73   74   75   76   77   78