Page 69 - antologiya
P. 69
şad Nuri Güntəkin 69

bu qәribә narahatlığa, deyәsәn, nәsә başqa ciddi bir sәbәb
vardı.

Deyәsәn, o da bu barәdә fikirlәşmişdi. Ona görә dә
bir sәhәr xarabalığın ortasında dayanaraq, başını aşağı
әyib:

– Buradan keçmәyim sizә nә qәdәr qәribә gәlsә dә,
sәbәbini bilsәz, mәni anlarsız, – dedi vә xarabalıqda
yanmış divarlardan birinә baxaraq yazıq-yazıq davam
elәdi. – Keçmişlә bağlı bir xatirәm var, müqәddәs bir
xatirәdi... O bazarın içindә mәni çox ağrıtmış bir hadisә
olub, oradan keçәndә yadıma düşür, ürәyim dözmür...
әlavә heç nә danışmaq istәmirәm...

Sakitcә yolumuza davam elәdik. Ürәyimdә öz-
özümlә danışırdım: “Hamının özünә görә bir dәrdi var, bu
sakit, dilsiz-ağızsız kişinin dә elәcә... Yәqin, sevdiyi
qadınla bağlı bu bazarda hansısa xoş xatirәsi var, bәlkә dә,
burada tanış olublar. Bazardan bu inadla uzaq qaçma-
ğından daha ağlabatan odur ki, yәqin, burada ayrılıblar.
Görәsәn, sevgilisi burada atın, arabanın altında qalıb
ölmәyib ki? Bәlkә, burada hansısa xәyanәtә rast gәlib?”

Bu mәsәlә beynimi çox mәşğul elәyirdi, nә vaxtsa,
tәsadüfәn dә olsa, әsl hәqiqәtin ortaya çıxacağına ina-
nırdım.

Bir gün sәhәr başqa bir yoldaş da bizә qoşulmuşdu –
dostumun işlәdiyi idarәnin müdiriydi, onu mәn dә
tanıyırdım. Müdir bazar yoluna girdi vә tәbii ki, dostum
onu yolundan döndәrә bilmәzdi. Çox narahat idi. Tez-tez
әtrafa baxırdı, tәlәyә düşmüş siçan kimi özünü itirmişdi.
Bәlkә dә, nәsә bәhanә uydurub qaçmaq istәyirdi, ancaq,
tәrs kimi, müdir iş barәsindә danışırdı, yazıq kişi isә qorxa-
qorxa müdirin sol tәrәfindә getmәyә mәhkum idi.
   64   65   66   67   68   69   70   71   72   73   74