Page 78 - antologiya
P. 78
Türkiyə ədəbiyyatı antologiyası

Qüdsiyyә yenә söhbәtә qoşuldu:

– Bir dayanın görәk, nә olub axı?

Müzәyyәn әsәbdәn boğulub qapqara olmuşdu, hön-

kürür, kök әndamıyla özünü ora-bura çırparaq saçlarını

yolur, elә hey tәkrarlayırdı: “Gedib qulluqçuluq elәyәrәm,

daha bu evdә qalmaram”.

– Ay bala, elә şey olar? Hәm dә ki, qızı mini istәyәr,

biri alar.

– Bunu elә sәn qudurtdun...

Söhbәtin mәğzi bu idi ki, bir axşam Qüdsiyyә

xanımla kürәkәni arasında İlyasın üstündә söz-söhbәt

düşәndә Hacı Әlinin ağzından istehzalı bir söz çıxmışdı:

“Madam ki, bu gәdә sәnә bu qәdәr әzizdi, daha keçib, qızı

da verәk ona, getsin”. Vә başqa vaxtlarda özünü karlığa

qoyan hafiz bunu necәsә eşidib.

78 Qadınlar Әlif arvadın gәtirdiyi nanә şәrbәtini içәndәn
sonra bir az sakitlәşib mәslәhәtlәşmәyә başladılar. Şüb-

hәsiz, Hacı Әliyә desәydilәr, Allah qonağını şәlә-külәsiylә

birlikdә küçәyә tullayacaq, camaatın içindә biabır ola-

caqdılar. Ancaq artıq onu evdә saxlamaq da yaxşı düş-

mәzdi. Bir yol tapıb hafizi rәdd elәmәk qәrarına gәldilәr.

İlyas evin qızından ümidini üzmürdü. Hәr gün

çardağın altında şairlәrdәn qәzәllәr, dastanlardan şeirlәr

deyirdi:

Әlifqaşlı, alagözlü dilbәrim,
Hacıyağlar çәkim gәrdanına…

Qıza vermәk istәdiyi bir ovuc konfet, bir dә yaşıl üzlü
“Fәrhad vә Şirin” kitabı rәdd edilәndә “bunlar zәmanә
qızlarıdı, gәrәk hәdiyyә bahalı olsun” – deyә düşünmüş,
iki gün sonra yaşıl rәngli saç lenti yollamış, ancaq
Müzәyyәn onu da geri qaytarmışdı.
   73   74   75   76   77   78   79   80   81   82   83