Page 82 - antologiya
P. 82
Türkiyə ədəbiyyatı antologiyası
...Hafizi xәrәkdә polisә aparanda mәhәllәdәki qoca
arvadlar deyinirdilәr: “Gör nә günә qalmışıq, adam da
Allah qonağını bu hala salar?!”
Hacı isә Әlifin boğçasını әlinә verәrәk küçәyә çıxardı
vә çöl qapını kilidlәdi.
Ertәsi gün günortaya yaxın küçәdә sәs-küy düşdü.
Böyük bir dәstәnin ortasında bir xәrәk gәtirirdilәr;
qabaqda yekәpәr, bığlı polislә mәhәllәnin mollası yeri-
yirdi. Onlar Hacıgilin qapısını döymәyә başlayanda
Qüdsiyyә xanım qapıya sarı getdi. O tәrәfdәn qonşulardan
birinin mülayim sәsi gәlirdi:
– Qüdsiyyә bacı, bu mәsәlә böyüsә, başınıza iş
açacaqsız. Biz bu mәhәllәdә qırx il söz-söhbәtsiz yola get-
mişik. İş mәhkәmәyә düşsә, yaxşı olmaz. Qonum-qonşu
yığışıb getdik polisә, hacını müdafiә elәdik, hafiz dә
şikayәtini geri götürdü. Ancaq bu binәva qırıq ayağıyla
82 ortalıqda qalıb, onu müalicә etmәk lazımdı. İti öldürәnә
sürütdürәrlәr, bu borc hacının üzәrinә düşür, qapını açın,
hafizi evә salaq.
Qüdsiyyә xanım qapını açdı.
***
Hacı Әlidәn Sәhurә xanıma mәktub:
“Әzizim, hafizin müalicәsinin qurtarmağına az
qaldığını, evә gәtirildiyini eşitdim. Mәn sabah Bandırmaya
çıxacağam, orada bәlәdiyyә mühasibi yeri boş olmalıdır,
inşaallah, o iş üçün müraciәt edәcәyәm. Evә qayıtmaq
mәsәlәsi... El içindә xar olmuşam, indi hansı üzlә
qayıdım?! Gәlib o gәdәni evdә görsәm, qan yenә beynimә
vuracaq, әlimdәn nәsә yenә bir xәta çıxacaq. Kaş bizim
başımıza bu şeylәr gәlmәyәydi. Otuz beş ildir sәninlә bir
yastığa baş qoyuram, ancaq bir dәfә dә incikliyim
olmayıb. Allah da sәndәn razı olsun. Dünәn gecә, o
hadisәdәn sonra ağzımdan ağır bir söz çıxdı: “Bu gәdә bir