Page 86 - antologiya
P. 86
Türkiyə ədəbiyyatı antologiyası

– Qorxma, yaşı az olsa da, yaxşı sürür.

Anadolunun kәdәrli sәhәrlәrindәn biri idi. Torpaq

yola çıxandan sonra günәşin ilk şüaları yayılır, daş

parçalarına ilişәn araba titrәdikcә gözümün qarşısında

qığılcımlar yanıb-sönürdü. Arabir daha sürәtlә qaçmaq

istәyәn atlar yolda toz qaldıra-qaldıra irәli cumurdular. Yol

çoxdöngәli, qarışıq vә dar idi. Atlar istәdiklәri kimi gedә

bilmәdiklәri üçün qәzәblәnib coşurdular. Hәrdәn atlara,

hәrdәn dә arabaçıya baxa-baxa fikirlәşirdim: “Nә qәdәr

peşәkar olsa da, uşaqdır. Allah bizi xatadan saxlasın”.

Sanki o da bu fikrimi hiss etmişdi. Qәfildәn mәnә tәrәf

çevrilib:

– Әfәndi, bir azdan yol düzәlәcәk, daha sürәtlә

gedәrik, heyvanları bilәrәkdәn qovmuram, – dedi.

Yol düzәlәndәn sonra arpa torbalarının üstündә yerini

rahatlayıb, atları yavaşca qırmanclaya-qırmanclaya yoluna

86 davam etdi.
Heyvanlar burunlarını üfüqә yönәldib başlarını dik

tutaraq sürәtlә getmәyә başladılar. Yolun kәnarındakı dik

yamaclara baxdıqca mәni gözlәyәn tәhlükәlәrdәn ürkür-

düm. Araba azca yan tәrәfә getsә, uçuruma düşәrdik.

Ölümlә burun-buruna idik.

İlqaza yaxınlaşdıq. Qaranlıq uçurumlu boş yer idi.

Bir neçә dәfә buradakı oğrular, qatillәr barәsindә

eşitmişdim. Qalaxandakılar Samsundakı bir oğru dәstә-

sinin İlqaza qәdәr gәldiklәri, burada gizlәndiklәri, mü-

sәlman görәndә öldürdüklәri barәdә danışmışdılar. Ancaq

başqa çarәmiz yox idi, İlqaz yolunu keçmәli idik. Günәş

tәzә batmağa başlamışdı. Üfüqlә birlәşәn tәpәlәr dumanın

altında qeybә çәkilirdi. Bir tәrәfimiz tamamilә dәrin uçu-

rum idi. Gecәnin qorxulu qaranlığı getdikcә zülmәtә

çevrilir, uçuruma hücum edirdi. Arabanın tәkәrlәri daş-

kәsәyә dәyir, getdikcә sürәti azalırdı. Qәfildәn arabamız

dayandı. Uşaq tez yerә tullanıb fәnәrini yandırmaq

istәyәndә yanına getdim:
   81   82   83   84   85   86   87   88   89   90   91