Page 91 - antologiya
P. 91
məd Həmdi Tanpınar

YOL 91

Qәflәtәn ayağa qalxdı, әli ilә qatarın pәncәrә-
sindәn bayırı göstәrib dedi:
– O gördüyümüz cığır – o iki ağac arasındakı tәpәnin
әtәyindәn o tәrәfә ayrılan cığır – bәlkә dә, hamıya adi yol
kimi görünür. Ancaq o haradan başlayıb harada qurtardığı
bilinmәyәn cığır mәnim hәyatımda böyük mәna kәsb edib.
On beş ildәn bәri idi ki, o yolla ayda iki dәfә gedib-
gәlirdim. Hәmin uzun cığırın iki tәrәfindә vә onun
üfüqündә mәnә bәlli olmayan heç nә yox idi. Yatdığım
yerdәn gözümә dәyәn şiş qaya parçası, yalnız aydın
havada titrәyәn yarpaqlarını gördüyüm ağac, bir sözlә, bu
yolda gözә görünәn nә varsa, hamısı mәnә tanış idi.
Vәziyyәtim heç dә yaxşı deyildi. İstanbuldan soyuq,
yağışlı günlәrin birindә çıxmışdım, ilk uşağım on gün
әvvәl ölmüşdü, yoldaşım ağır xәstә idi, başqa prob-
lemlәrim dә az deyildi. Uzun sözün qısası, problemlәrin,
qayğıların, dәrd-sәrin içindә boğulurdum.
Bilmirәm, yәqin ki, hamıda belәdir. Sәyahәt hәmişә
mәni az da olsa, toxtadır. Yәqin, dәrd-sәrin olduğu yerdәn
uzaqlaşdığıma görә belә idi. Müdriklәrdәn birinin dediyi
kimi: “Filan yerdәki әn dәhşәtli qoxu iki yüz metr o
tәrәfdә daha az hiss edilir”. Faciәdәn faciәyә dә fәrq var.
Mәnim başıma gәlәn isә әn dәhşәtlisi idi. Övlad
itirmişdim... Üstәlik, yağış da yağırdı. Yağışlı günlәrdә
özümü qәribә hiss edirdim. Bütün keçәnlәr gözlәrim
önündә canlanır, xatirәlәr üstümә hücum çәkirdi. Belә
günlәrdә hәyat sanki bütün bulaqların gözünü bağlayıb
ancaq әzab bulağının açıq gözünü saxlayırdı. Bu dәfә dә
belә oldu. Heydәrpaşa vağzalı mәnә qaranlıq qәbri
xatırladırdı. Qatara ruh düşkünlüyü içindә mindim.
Havadakı nәm, rütubәt İzmitәcәn davam etdi. Heç nә
   86   87   88   89   90   91   92   93   94   95   96