Page 94 - antologiya
P. 94
Türkiyə ədəbiyyatı antologiyası

Üzbәüz tәrәfdә bir kişi oturub nәrd oynayırdı. Or-
taboylu, arıq, başının ortasında saçı azca tökülmüş, otuz-
otuz beş yaşlarında, hәr gün küçәdә, işdә rastlaşdığımız
adamlardan biri idi. Bir-iki dәfә yanındakılara nәsә demәk
üçün üzünü mәn tәrәfә çevirәndә simasına fikir verdim.
Qәribә sifәti vardı. Alnı enli idi, gözlәrinin әtrafı da
qırışmışdı. Ancaq bütün bunlara baxmayaraq, bu gözlәrdә
namәlum parıltı sezilirdi. Qәribә tәrzdә, әsәbi halda nәrd
oynayırdı. Qәfildәn zәrlәrә baxdı. Nәsә olmuş kimi bir
anlığa dayanıb fikirlәşdi. Ayağa durub yenidәn nәsә
düşündü, sürәtlә çayxanadan çıxdı. Oyunu әn qızğın
yerindә niyә yarımçıq qoyub getdi, ayağa qalxanda nә
fikirlәşdi? Başa düşmәdim.

Düz üzbәüzdә oturan bir nәfәr elә hey ayağını
yellәyir vә dırnaqlarını gәmirirdi. Çox qәribә adam idi.
Bapbalaca sifәti vardı. O balaca sifәtdәn zillәt, әziyyәt
94 yağırdı.

Baş verәnlәr barәdә düşünә-düşünә evә qayıtdım.
Bunları görmәk mәni az da olsa, toxtatmışdı. Ancaq buna
baxmayaraq, yenә narahat idim.

Hәyatım barәdә fikirlәşmәyә başladım. Neylәsәm dә,
әvvәlki qәdәr sakit ola bilmirdim. Bәzәn illәr qarşımda
dayanıb mәnә suallar verirdi. Daxilimdәki sәs daim mәnә
eyni sualı verirdi: “Özün üçün neylәmisәn?” İçimi
yandıran bu sualdan xilas olmaq istәyirdim.

Vaxtlı-vaxtında yata bilmirdim. Yuxularımı qarışdır-
mışdım. Artıq fikir yuxularımda da tüğyan edirdi. O
yuxuların mәğzini indi sizә necә izah edim? Heç özüm dә
bilmirәm. Bax elә bu yol, bu balaca yol, hәyatımın keş-
mәkeşli vaxtında qarşıma çıxdı. Bilirdim ki, bir gün hәr
şeyi geridә qoyub bu yolla getsәm, onun qurtardığı yerdә
bütün xoşbәxtliyimi, taleyimi tapacağam. Bütün bunları
dәrk etsәm dә, bunu edә bilmәyәcәyimә dә әmin idim.
Halbuki bu ömrü yaşamağa dәyәrdi.
   89   90   91   92   93   94   95   96   97   98   99