Page 93 - antologiya
P. 93
məd Həmdi Tanpınar 93

ki, o, qәfildәn süfrәnin başında әlindә qәdәh oynaya-oy-
naya oturduğu yeri, әşyaları dәrk etmәyә çalışır. Bu fikir
içkinin tәsirinin keçdiyi mәqamda insanı bürüyәn duyğuya
oxşayır. Mәndә necә oldu? Hәlә övladım ölmәmişdi, bir
qış gecәsi yoldaşımla, uşaqla birgә oturmuşduq. Mәn yazı
yazır, oğlum isә döşәmәdә oyuncaqları ilә oynayırdı. Otaq
isti idi. Sakitlik hökm sürürdü. Qәfildәn elә bil hәr şeylә
әlaqәm kәsildi. Heç nәyi dәrk etmәdim. Sanki hәr şey
mәnә yad idi. Elә bil neçә illik yoldaşımı, övladlarımı,
evimi tanımırdım. Bәlkә, hәmin mәqamda öz sifәtimi
görsәm, özümü dә tanımayacaqdım. Bu, Bodlerin ikiotaqlı
evindә gördüyü yuxulara oxşayırdı. Hәmin o qara saçları
keçmiş gözәlliyindәn yadigar qalmış yorğun simalı qadın
kim idi? Amma eyni zamanda onun arvadım, uşağın da
övladım olduğunu bilirdim. Özüm-özümdәn uzun on ilimi
bu balaca otaqda, bu qәribә әşyaların ortasında, indi mәnә
yad görünәn bu simaların arasından necә keçirdiyimi
soruşurdum. Axırda dözә bilmәdim, bәhanә tapıb bayıra
çıxdım. Elә bil bu gün olub. Soyuq qış gecәsi idi, küçәdә
heç kim gözә dәymirdi. “Niyә belә oldu?” – Özümә sual
verirdim. Bir az düşünәndәn sonra yorulub çayxanaya
girdim. Tanımadığım adamlar tütün, kәskin tәr, cürbәcür
nәfәs qoxusu içindә ucadan danışa-danışa deyib-
gülürdülәr. Gedib bir küncdә oturdum. O vaxta kimi,
gecәlәr evdәn ancaq kinoya, teatra gedәndә çıxardım.
Çayxanada vaxt keçirәn adamları da heç vaxt başa
düşmәz, hәmişә qınayardım. Ancaq indi qınamır, hәtta
onları bir az özümә yaxın hiss edirdim. O vaxtacan insan
simasının hәyatda әn mәnalı şey olduğunu bilmirdim.
Hәyat adlandırdığımız oyunun aktyorlarını gör bir nә
qәdәr qısa müddәtdә tanıdığımı başa düşmәmişdim.
Üzdәki qırışın, gözlәrin әtrafındakı qırışların, bir sözlә,
bütün şeylәrin xәbәrdarlıq olduğu barәdә heç fikirlәş-
misinizmi?
   88   89   90   91   92   93   94   95   96   97   98