Page 97 - antologiya
P. 97
cib Fazil Qısakürək 97

– Yusifcik, Yusifcik!
Әsk-sәda sizә öz kobud sәsinizi qaytarmaqdan başqa
bir şey vermәyәcәk. Yusifciyin açıq-qırmızı rәngli
dimdiyindәn nәfәs işartısı da gәlmәyәcәk... “Bu necә
quşdur?” – soruşanda: “Qәhvәyi, balaca, ancaq uzun-
quyruqlu bir quşdur,” – dedilәr.
Onun yumşaq tüklәrini, balaca dimdiyini tәxәyyü-
lümdә canlandırdım...
Sanki tәsәvvürümә vicdanımın anatomiyasını gәti-
rirdim...
Hara getsәm, hansı pәncәrәnin qarşısında dayansam,
hara can atsam, quş qarşıma çıxırdı... Mәnә elә gәlir, qaçıb
kosmosa-filana da getsәm, quş yenә mәndәn әl çәkmә-
yәcәk:
– Hara belә? – Deyәcәk.
Hәtta kölgәm dә mәnә bu qәdәr sadiq ola bilmәz. Bir
müddәt nәfsim mәni öz ağuşuna elә almışdı ki, Yusifciyi
da itirmişdim. Batdıqca batır, yoxa çıxırdım. Yusifcik isә
sükuta qәrq olmuşdu.
Günlәrin birindә sәhәr tezdәn evdәn çıxdım. Sifәtim
qırış-qırış idi. Dırnaqlarım uzanmış, içi kirlә dolmuşdu.
Şalvarım әzik, ayaqqabılarım kirin-pasağın içindә idi.
Günәş çıxmışdı... Yolda uşaqların sәsini eşitdim. Oy-
nayırdılar. Yaxınlaşdım. Birinin әlindә qәhvәyi rәngdә
nәsә vardı. Kül rәnginә çalan yumşaq, bapbalaca bir quş
idi.
– Uşaqlar, bu nәdi?
– Quş...
– Hansı quşdur?
– Yusifcik...
– Yolda, ağacın dibindә tapmışıq.
Uşaq quşun nazik ayağından yapışıb tulladı. Sanki
daxilimdәn onsuz yaşaya bilmәyәcәyim nәyisә qoparıb
   92   93   94   95   96   97   98   99   100   101   102