Page 100 - antologiya
P. 100
Türkiyə ədəbiyyatı antologiyası

İPӘK DӘSMAL

Ay ipәk fabrikinin böyük hәyәtini işıqlandırırdı.
Bir neçә adam qapının qarşısından tәlәsә-tәlәsә
keçib-getdi. Mәn hansı tәrәfә gedәcәyimi bilmәdiyimә
görә addımımı atanda qapıçı arxadan sәslәndi:
– Hara belә?
– Gedim bir az fırlanım.
– Sehrbaza baxmağa getmirsәn?
Cavab vermәdiyimi görüb әlavә elәdi:
– Hamı gedir. Deyilәnә görә, Bursaya hәlә belәsi
gәlmәyib.
– Getmәk fikrim yoxdur, – dedim.
O, yalvar-yapış edib mәni fabrikә nәzarәt elәmәyә
razı saldı. Bir az oturdum, siqaret çәkdim, mahnı-filan oxu-
100 dum. Darıxmağa başlamışdım. Ayağa durub fabriki
gәzmәyә başladım. Qızların işlәdiyi şöbәni keçәndәn
sonra qulağıma sәs gәldiyinә görә cibimdәki fәnәri
yandırdım. Әtrafa baxdım. Fәnәrin işığında qaçmağa
çalışan bir cüt yalın ayaq gördüm. Arxasınca cumub qaçanı
saxladım. Oğru ilә birgә qapıçının otağına girib fәnәri
yandırdım. Lap balaca bir oğru idi. Qaçmasın deyә
yapışdığım әllәri dә bapbalaca idi. Gözlәri par-par yanırdı.
Az sonra mәni gülmәk tutdu, әllәrim boşaldı. Bu dәfә dә
bapbalaca cib bıçağı ilә üstümә hücum çәkdi. Xatakar ba-
laca, barmağımı yaraladı. Әllәrini bәrk-bәrk tutub
ciblәrini axtarmağa başladım. Bir az tütün, onu bükmәk
üçün kağız vә tәmiz dәsmal tapdım. Qanayan barmağıma
onu qoydum, dәsmalı cırıb yaramı bağladım. Qalan tütünlә
iki papiros büküb qullab vura-vura söhbәt etmәyә
başladıq. Söhbәt әsnasında öyrәndim ki, on beş yaşı var,
ilk dәfәdir ki, belә iş görür. Deyәsәn, aşiq olduğu qızlardan
biri ondan ipәk dәsmal istәyib. Bazardan almağa da pulu
olmayıb. Fikirlәşib, bu yolu seçib.
   95   96   97   98   99   100   101   102   103   104   105