Page 105 - antologiya
P. 105
bahəddin Əli 105

ğının sәbәbi o hadisәnin çöllә bağlı olması idi. Hadisә
yarımçıq qalmış fәrarilik barәdә idi. Ancaq indi hәbsxa-
nanın divarlarından danışaq. Hәyәtin dörd tәrәfindәki
divar quru hissәdәn üç-dörd qat daşla hörülmüşdü. Keç-
mişdә bura şәhәrin cariyәlәri, üçün olan saray imiş. İndi
saqqallı mәhbusların hәr gün gәzişdiyi bu hәyәtdә o vaxt-
lar cariyәlәr, bәlkә dә, elә indiki kimi sәmaya belәcә –
azadlıq eşqi ilә dәnizә qulaq asa-asa baxırlarmış. Bu qalın
divarlar onları hәm düşmәndәn, hәm dә yad gözlәrdәn qo-
rumaq üçün hörülmüşdü.

Bәzi yerlәri çökmüş, üstündә ot bitmiş divarlar qәrb
tәrәfdәn sökülmәyә başlamışdı. Deyilәnә görә, yeni bi-
nalar tikilәcәkdi.

Bir gün bayaq dediyim o çalsaçlı kişi vә bir mәh-
busla dağıdılmış divara baxırdıq. Sәkkiz metr qalınlığında
olan divarların sökülmәsi xeyli vaxt aparırdı. Bütün mәh-
buslar hәr sәhәr-axşam bağçaya çıxarılanda oturub bu
“әylәncәyә” tamaşa edirdilәr. Divar yarıya kimi dağı-
dılmışdı. Yanımdakı çalsaçlı kişi qulağıma tәrәf әyilib
dedi:

– Bir vaxtlar mәn buradan qaçmaq istәyirdim!
Maraqla üzünә baxdım. O, bağçanın bir küncündәki
qurumuş heyva ağacına tәrәf üz tutdu. Mәn dә arxasınca
getdim. Yanaşı çömbәlib oturandan sonra gözlәrini divar-
dan çәkmәdәn danışmağa başladı:
– Doqquz il әvvәl – yeni tutulduğum vaxtlar, mәh-
busluğumun birinci ili idi. Bu divarların dibindә taxtadan
tikilmiş emalatxanalar vardı. Bәzi mәhbuslar ustalıq,
oymaçılıq edir, düzәltdiklәrini limana gәlәn gәmilәrdә
satdırırdılar. Biz dә bir dostumla hәmin emalatxanalarda
işlәyirdik. Sakit adamlar olduğumuza görә müdir bizi
qoruyurdu. Qazandığımızdan üç-beş quruş ona da verir-
dik. Ancaq nә bu iş, nә dә qazanc bizә azadlığı unutdura
bilirdi. İndi özün fikirlәş dә. İyirmi yaşlı gәnc ola-ola bir
   100   101   102   103   104   105   106   107   108   109   110