Page 108 - antologiya
P. 108
Türkiyə ədəbiyyatı antologiyası

sandıqdan bir neçә alәt vә çәkic götürüb geri qayıtdım.
Növbә ilә dәliyә girib işlәmәyә başladıq.

Bәrk sәs çıxmasın deyә, çәkicdәn, demәk olar,
istifadә etmirdik. Yalnız iskәnә ilә daşın kәnarlarına vurur,
yerindәn oynatmağa çalışırdıq. Öz-özümә: “Bu daş ara-
lansa...” – deyirdim.

Gözlәrim qaranlığa öyrәşmişdi. Çölü daha yaxşı seçә
bilirdim. Üzbәüz tәrәfdәki divarın daşları görünürdü.
Ancaq hәmin divarlar çökdüyünә görә aralarından keçmәk
daha asan idi. Qәsәbәdәki oğlanlar quzularını bura
otarmağa gәtirirdilәr. Ondan sonra hәmin yerlәri tәmir
etdilәr.

Belәcә, iki-üç dәfә bir-birimizi әvәz etdik. Axırıncı
mәn işlәyirdim ki, daş, sement qırıqları ilә birgә qabağıma
düşdü. Sevindiyimdәn az qala dәli olmuşdum. Arxamda
bu sәsi eşidәn dostum da sevincindәn uçurdu. Daşı bir
108 kәnara itәlәyәndәn sonra özümü deşiyә tәrәf atdım.

İşlәyәndә bayıra fikir vermәmişdim. Deşiyә yaxın-
laşanda nә görsәm yaxşıdır? Artıq dan yeri ağarmışdı.
Başımı yavaşça uzadanda әlli addım o tәrәfdәki qalada
gözәtçilәrin kölgәsini gördüm. Qan-tәr içindә idim. Yavaş-
yavaş geri çevrildim, dostuma:

– Tәәssüf ki, qaça bilmәrik, – dedim.
Dostum әvvәl gülsә dә, yerimә keçib bayıra göz
gәzdirdi. Sonra geri qayıtdı. Bir-birimizә xeyli baxandan
sonra:
– Bu gün keçdi, başqa bir gün, inşaallah, qaçarıq! –
dedim.
Ancaq azadlığa bu qәdәr yaxınlaşdığın mәqamda geri
qayıtmaq yaman çәtindir. Dostum başını yellәdib dillәndi:
– Başqa bir gün-filan lazım deyil, elә bu axşam gedә-
cәyik.
–Yaxşı, bu gün deyirsәn, bu gün gedәk.
   103   104   105   106   107   108   109   110   111   112   113