Page 85 - antologiya
P. 85
yami Səfa

ANADOLUDA BİR GECӘ 85

Ouşaqla Anadoluda rastlaşdım – Çankırı ilә Kas-
tamonu arasında, Qalaxanda birgә gecәlәdik.
Arabamızı çәkәn atlardan birinin bağrı çatladı vә o, ağzı
köpüklәnә-köpüklәnә öldü.
Arabaçı sağ qalan atını yatırandan sonra әsәbi halda
dillәndi:
– Әfәndi, daha mәnә ümid olma. Buradan o tәrәfә
bir addım da gedә bilmәrәm. Özünә başqa araba tap. –
Sonra yoğun barmağını qәrbә tәrәf uzatdı, günәşin batan
işığı ilә sarımtıl tülә bürünәn torpaq yolu göstәrdi: –
Oradan bir az o tәrәf İlqazdır. Uçurumun yanıdır. Oradan
arabanı iki at da keçirә bilmәz. Atım Dingil dә saz deyil.
Mәnim dә gücüm çatmaz. Başqa araba tap.
Başqa araba yox idi, iki gün dә burada qaldım. İki
gün sonra sevincәk gәldi:
– Qalx, başqa araba gәlib, üç cavan atı var. İlqazdan
da keçәr, uçurumu da adlayar. Şeytan yamacını da ötәr.
Qalx görüm...
Hәyәtә enәndә göstәrilәn yeni arabaçı tәbәssümlә
mәni süzdü, mәn dә eyni tәbәssümlә ona baxdım. On üç-
on dörd yaşlarında bir uşaq idi, külrәngli bәnizi olan,
almacıq sümüklәrinin altı çuxura düşmüş, bığ yeri tәzәcә
tәrlәmiş kәnd uşağı. Qara gözlәri parıldaya-parıldaya
mәndәn soruşdu:
– İnәboluya?
– Bәli.
– Araba hazırdır.
Uşaq yolxәrci ilә bağlı irәli sürdüyüm bütün ağır
şәrtlәri qәbul elәdi. Dil tapandan sonra әşyalarımı arabaya
daşıdı. Araba hәrәkәtә gәlәndә qaldığım yerin sahibi ilә
әvvәlki arabaçı arxadan sәslәndilәr:
   80   81   82   83   84   85   86   87   88   89   90