Page 80 - antologiya
P. 80
Türkiyə ədəbiyyatı antologiyası
Ertәsi gün sәhәr tezdәn Әlifә әmәlli-başlı dәrs
keçdilәr: İlyas gәlsә, qәtiyyәn qapını açmamalı, evdәki-
lәrin Qaracabәyә getdiklәrini demәlidi. Sonra maşına
doluşub yola düşdülәr.
Axşam azanı verilmiş, küçә qaranlıqlaşmışdı. Hafiz
İlyas üç saat idi ki, qapını döyür, açar deşiyinә dodaqlarını
dayayaraq: “Әlif bacı, sәn Allah, aç, bir küncdә büzüşüb
yatacağam, sabah sәhәr dә çıxıb gedәrәm” – deyә yal-
varırdı. Әlif ürәyiyumşaq adam idi, hәm dә, Allah bilir,
bәlkә, onun da hansısa qapı arxasındasa qalmış hafiz oğlu
vardı, ona görә dә daha dözә bilmәyib qapını açdı...
Әlif arvad lampanın yanında oturub nәsә tikirdi. Yad
adamın qarşısında ev yiyәsi kimi hәrәkәt elәmәk xoşuna
gәlmişdi. Hafizi qarşısında oturdub etdiyi yaxşılığın әvәzi
olaraq asta sәslә Quran oxutdurdu, köhnә dәrdlәrindәn
danışdı. Hafiz birdәn arvadın üstünә atılıb, boğazından
80 yapışdı, ikisi dә yerә yıxıldı. Әlif әvvәlcә elә bildi, oğlanın
başı xarab olub, onu boğmaq istәyir. Ancaq o, yonca
tarlasına hücum çәkmiş eşşәk kimi arvadın yanaqlarını
gәmirir, әllәriylә bәdәninin әtini qoparırdı. Әlif dә iri
әllәriylә, çay qırağında paltar övkәlәyirmiş kimi, hafizin
sifәtini yumruqlayır, saçlarını yolurdu. Evdәki bütün
әşyalar bir-birinә qarışmış, lampalar aşıb sönmüşdü.
Qaranlıqda mübarizәnin şiddәti daha da artmışdı. Yumruq
sәslәrinә, “sәnin bağırsaqlarını tökәrәm” kimi hәdәlәrә
“mәnim mәrmәr gәrdanlım, qoğalsifәtlim, bir dәfә bu
kasıba mәrhәmәt göstәr” kimi aşiqanә dilәklәr dә qarış-
mışdı.
Әlif arvadın yavaş-yavaş ölәziyәn sәsi, nәhayәt,
tamamilә kәsildi.
⃰⃰⃰
– Vaay, nә xoş tәsadüf, elә bilirdik, Qaracaәhmәddә-
siniz.