Page 79 - antologiya
P. 79
şad Nuri Güntəkin 79
Bir axşam evdәki qadınlar qorxa-qorxa Hacı Әliyә
dedilәr ki, hafiz bağçaya küçәdә tapdığı ac vә xәstә bir
mollanı gәtirib. Hacı әsәbilәşmәdi, elәcә yazıq-yazıq iki
әlini göyә açaraq:
– İlahi, sәn, deyәsәn, hәzrәti Әyyub kimi, mәnim
sәbrimi sınayırsan, – dedi vә Qüdsiyyә xanıma tәrәf
döndü. – Ana, hafizә İstanbulda iş tapmışam, sabah qәti
cavab verәcәklәr. Bugünәdәk özümüzü birtәhәr saxladıq,
üç gün dә dözәk, Bursa camaatını da özümüzә güldür-
mәyәk. Ancaq mәn o xәstә mollanı evimdә görmәk istә-
mirәm, pul ver getsin, özü bilәr harda qalar.
Beş dәqiqә sonra qapı açılıb-örtüldü. Hafiz qonağı
yola salıb qayıtdı.
Qüdsiyyә xanım nәrdivanın başından soruşdu:
– A bala, neynәdin xәstә uşağı?
– Kimәsә görә öz böyüyümü atıb gedәsi deyildim ki!
– Heç olmasa, pulu verәydin dә.
– Ağamın öz ehtiyacı az idi ki, ona-buna pul verә?!
Ona-buna pul vermәk günahdı, Allaha xoş getmәz.
***
Bursanın millәt vәkili Әlinin tәkidlәrindәn sonra
hafizә İstanbulda iş tapmışdı. Ev yiyәsi onu Dәmirdaş
dәmiryoluna qәdәr gәtirdi, qatara da, gәmiyә dә biletlәrini
özü aldı, heybәsini yemәk-içmәklә doldurdu...
Hacı Әlinin üstündәn ağır yük götürülmüşdü, hәmin
günü özü üçün bayram elan edib işә dә getmәdi. Elә bu
vaxt Mudanyadan gәlәn qonşu xәbәr gәtirdi ki, hafizi
körpüdә görüb; qışqıra-qışqıra biletini satmağa çalışırmış.
Xәbәri qәzәblә qarşılayan Hacı bir qәdәr düşündükdәn
sonra evdәkilәrә dedi ki, hazırlaşsınlar, sabah Çәkirgә
köydә “Әziz Әfәndi” kurortuna gedәcәklәr; o murdar gәdә
dә qayıdıb görәndә ki, evdә heç kim yoxdu, cәhәnnәm
olub gedәcәk, yәqin.