Page 63 - antologiya
P. 63
ub Qədri Qaraosmanoğlu

QOZ 63

On beş gündü ki, kәnd-kәnd gәzir, hәr kәnddә
çәtin vәziyyәtlә qarşılaşırdıq. Bir tәrәfdәn
yorğunluq bizi birtәhәr etmişdi, bir tәrәfdәn dә elә bil
sürgündәydik. Әvvәllki hәyatımız sanki bir әsr әvvәldә
qalmışdı. Görәsәn, bir dә o günlәrә qayıda bilәcәkdikmi,
bu әzablı sәyahәt nә vaxtsa sona çatacaqdımı? Düzü, heç
bir ümidimiz yox idi. Bizә elә gәlirdi ki, bir gün hardasa,
bir dәrәnin dibindә ölüb-gedәcәyik. Burada – müharibәnin
qucağında bundan yaxşı ölüm yox idi. O qәdәr әziyyәt
çәkirdik ki, aclıq, susuzluq bizә tәsir etmirdi. Әrzağımız
da qurtarmışdı, burada yaşayanlar isә iki daşın arasında
üyütdüklәri çәtin hәzm olunan buğdayla dolanırdılar.
Belәcә, ruhsuz, yorğun halda gündә altı saat sәrasәr
yol getdikdәn sonra kәndlәrdәn birinә çatdıq. Payız idi,
soyuqlar başlamışdı. Anadoluda payızın şaxtası necә sәrt
olur, hamınız bilirsiniz.
Kәndin girişindәki gölmәçә heyvan leşlәriylә do-
luydu. Bizim soyuqdan, aclıqdan iybilmә hissimiz kor-
şalsa da, atlarımız hәlә hәssaslıqlarını itirmәmişdilәr.
Odur ki, leş qoxusu hiss edәn kimi, qaçmağa başladılar.
Әtrafda üstüörtülü heç bir daxma görünmürdü. Harada
gecәlәyәcәkdik, bilmirdik. Atdan düşәrәk özümüzә yer
axtarmağa başladıq. Harayımıza kimsә gәlәr ümidiylә
“kim var orda?” – deyә qışqırmağa başlayanda daş-kәsә-
yin arasından doqquz-on yaşlarında bir uşağın başı
göründü. Bir müddәt çәkinә-çәkinә bizә tәrәf baxsa da,
sonra böyük adam yerişiylә ağır-ağır yanımıza gәldi. Qız
idi, yoxsa oğlan, bilmәk olmurdu. Çiyninә qәdәr uzanmış,
kirdәn rәngi dә bilinmәyәn pırtlaşıq saçları vardı.
Әynindәki uzun köynәk cırıq, ayaqları yalın idi. Әhlilәş-
   58   59   60   61   62   63   64   65   66   67   68