Page 60 - antologiya
P. 60
Türkiyə ədəbiyyatı antologiyası

Hәsәni stansiyalardan birindә düşürtdülәr. Boyun-
boğazına, qulağına çoxlu qızıl taxmış qara çarşablı, çat-
maqaş bir qadın onu bağrına basdı. Qәribә әtri vardı, hәr
halda, ondan anasının iyi gәlmirdi. Bibisinin yanındakı
qadınlar da onu qucaqlayıb öpdülәr. Hәsәni qarşılamağa
çoxlu uşaq da gәlmişdi; paltarlarının üstündәn jilet әvәzinә,
pencәyәoxşar nәsә geymişdilәr. Hәsәnin elә bil nitqi
tutulmuşdu, sәsi çıxmırdı.

Belәcә, bir neçә hәftә sәsi çıxmadı. Yavaş-yavaş әrәb
dilindә anlamağa başlasa da, sanki inadla yenә heç nә
danışmırdı.

Artıq o da başqa uşaqlar kimi geyinirdi. Saçlarının
ortasında ovuc içi boyda bir yer maşınla qırxılmış, alnına
saç tökülmüşdü. Gön kimi bәrk yavan tәndir çörәyindәn,
yerә sәrilmiş süfrәdә yemәk zamanı hәm çәngәl, hәm dә
qaşıq әvәzi istifadә etmәyә artıq öyrәşmişdi.
60 Bir gün bibisi küçәdәn qışqıra-qışqıra keçәn bir
pinәçini hәyәtә çağırdı. Hәyәtә kürәyindә zәnbil, әlindә
dә balaca stulla uzun bir dәmir olan köhnә-kürüş geyimdә
bir kişi girdi. Zәnbilindә müqәvva kimi bükülmüş bir şey
vardı. Xeyli danışdıqdan sonra qabağına çoxlu köhnә, cırıq
ayaqqabı düzdülәr.

Pinәçi, stulunda oturdu. Hәsәn bu birmәrtәbәli evdә
darıxdığından, kişinin qarşısında dayanaraq qәribә bir
maraqla baxırdı. Pinәçinin müqәvvaya oxşayan qalın
dәrini iki tәrәfdәn dәstәyi olmayan bıçaqla kәsmәyi,
ağzında saxladığı bir ovuc mismarla İstanbulda gördüyü
meymun kimi, onları bir-bir çıxarıb mıxlamağı, dәrini pis
iy gәlәn suda islatmağı ona lәzzәt elәyirdi... Harada
olduğunu unudub ana dilindә soruşdu:

– Mismarlar dilinә batmır?
Pinәçi heyrәt içindә başını qaldırıb diqqәtlә Hәsәnin
üzünә baxdı:
– Türksәn?
– İstanbuldan gәlmişәm!
   55   56   57   58   59   60   61   62   63   64   65