Page 56 - antologiya
P. 56
Türkiyə ədəbiyyatı antologiyası

GÜLӘN ADA

Bәzi adamların dәrd-sәri pul, bәzilәrininki tәzә
nәsә kәşf etmәk, bәzilәrininki musiqidi. Dәli
Davud isә adalara heyran idi. Dan yeri ağararkәn adada
günәşin doğulmasını seyr etmәk üçün bәzәn sәhәrәdәk
yatmazdı. Gecә sәssizliyindә yuxuya gedәn dәnizin sәhәrә
yaxın mavi rәngli parıltısı uzaqlardan Davuda göz vuranda
özünü yenidәn dünyaya göz açmış kimi hiss edәr,
quşuçmaz, karvankeçmәz dağların başındakı teleqraf
tellәri külәk toxunuşundan inildәdiyi kimi ürәyi titrәyә-
titrәyә oyanardı.
Dәli Davud daha çox Arşıbәndin әldәn-ayaqdan uzaq
Gülәn adasının heyranıydı. Gülәn adaya sarı gedәndә
sanki ada onu qucaqlamaq üçün dәnizdәn ayrılar, Davudu
56 görüb gülümsәyәrdi.
Adanın su altındakı dәhliz vә tunellәrindәn qalxan
dalğalar gizli yerlәrdә bir-biriylә sevişirmiş kimi qucaq-
laşır, bir-birinә nәsә pıçıldayır, eşitdiklәri xәbәrdәn
sevincәk olub yuxarı tullanırdılar.
İzmirin mәşhur istilik tәchizatı şirkәtinin eksperti
Murad Qocadağ Dәli Davuddan soruşanda ki, o ada doğru-
danmı gülür, belә cavab vermişdi: “Bu ada topu atıb-tutan
uşaqtәk gülüşünü dәnizlәrә tullayaraq oynayır”.
Ekspert mühәrrikli bir qayıq kirayәlәmişdi. Bәlәdçilik
edәcәk Davudun qayığını da ona qoşub aparacaqdılar.
Qocadağın hәrәkәtlәrindәn, sәsindәn varlı-hallı
olduğu görünürdü. Adam onunla danışanda hәmsöhbәtinin
insan, yoxsa bahalı maşın olduğunu müәyyәnlәşdirә
bilmirdi.
...Ada Qocadağı görәndә birdәn-birә tutqunlaşdı –
ağzındakı sular kükrәyәrәk qalxır, sanki onun üzünә
tüpürürdü. Qayalar belә, dişlәrini göstәrir, qәzәbdәn hәr
   51   52   53   54   55   56   57   58   59   60   61