Page 57 - antologiya
P. 57
ad Şakir Qabaağaclı

deşiyindәn su fışqırırdı. Başdan-ayağa su içindә olan
Qocadağ xilas olmaq üçün özünü kolluğa verdi. Kolluq
onun ayaqlarına ilişib yerә yıxdı. Ada çox qәzәbliydi:
Qocadağı şillәlәdi, tәpiklәdi, daladı.

Qocadağ qan-tәr içindә Davuda qışqırdı:
– Bu idi tәriflәdiyin ada? Bәs deyirdin, mahnı oxu-
yur?! Eşşәk kimi anqırır ki bu! Ada deyil e, bәladı!
Dәli Davud:
– Heç vaxt belә olmamışdı, – dedi.
Qocadağ mühәrrikli qayığına minәrәk Davudu adada
atıb getdi.
Artıq axşam idi, külәk sakitlәşmişdı, adanın üzәrin-
dәki buluddan nur yağırdı. Ada, duvağın altından gülüm-
sәyәn gәlin kimi, Dәli Davudun üzünә gülürdü.

57
   52   53   54   55   56   57   58   59   60   61   62