Page 53 - antologiya
P. 53
a Gündüz 53

kişi yanlarında qadınlar vә uşaqlarla gәlib dedilәr ki, bizi
lojada әylәşdir, amma yerlәr yanaşı olsun. Dedim, baş
üstә, zәhmәt olmasa, biletlәrinizi verin. Demә, biletlәri
yoxmuş. Dedim, elә şey olmaz. Biri qayıtdı ki, olar, niyә
olmur, mәn mәmuram. Dedim, onda başqa mәsәlә, sizin
üçün әla bir yer hazırlatdıraram, amma bәs bunlar kimdi?
Mәmurun tәqdimatından mәlum oldu ki, biri anasıdı, biri
qayınanasının ortancıl gәlini, biri bacanağının dayısının
kiçik oğlu, biri katibәsinin baldızı qızıdı... Dedim,
әfәndim, sizin üçün yerimiz hәmişә var, ancaq saydığınız
qonaqlara yer tapa bilmәrәm, bilirsiz ki, kinoteatrımız bir
az balacadı, film, inşallah, Ox meydanındakı kinoteat-
rımızda da göstәrilәcәk, onda xәbәr verәrsiz, yüz nәfәrlik
yer ayırarıq. Mәmur bu sözlәrimdәn әsәbilәşdi ki, demәli,
indi havayı girә bilmәyәcәyik, hә? And-aman elәdim ki,
mümkün deyil, bәy, ziyana işlәyәrik. Nә isә... yanında-
kıları da götürüb getdi. Sәhәrisi gün kinoteatrım bağlandı.
Guya bu film millәti üsyana tәşviq edirmiş, Osmanlıya
qarşıymış.

– Nә danışırsız, Heyrәt bәy?
– Vallah, mәn bir şey demirәm, nә elәdilәrsә, mәn
yazığa elәdilәr.
– Bәs sonra nә oldu?
– Nә olasıdı?! Beş gün yoxlama apardılar, axırda
mәlum olanda ki, film dediklәri kimi deyilmiş, kinoteatrı
açdılar.
– Әladı da, başqa nә istәyirsәn ki?
– Toxun acdan nә xәbәri?! Beş gecә, an azı, beş yüz
lirәdәn hesablasaq, iki min beş yüz ziyan elәmişәm. Әlavә
qazancı da qatsam, düz üçcә min.
– Bunları onlara demәdin?
– Dedim. Dedilәr, bizim işimiz budur, xoşun gәlmir-
sә, razı deyilsәnsә, get mәhkәmәyә ver.
– Demәli, şikayәt elәmisәn.
   48   49   50   51   52   53   54   55   56   57   58