Page 48 - antologiya
P. 48
Türkiyə ədəbiyyatı antologiyası

İLK CİNAYӘT

Mәn hәmişә dәrdli adam olmuşam. Bu sıxıntılar
sanki özümü dәrk etdiyim andan başlayıb.
Onda dörd yaşım olardı. Sonralar tәkcә әmәllәrimә yox,
hәtta beynimdәn keçәn pis fikirlәrә görә dә hәmişә
vicdanımı saran cәhәnnәm odu içindә qovrulmuşam.
Dörd yaşım olardı... Ondan әvvәl baş vermişlәri
xatırlamıram. Tolstoyun doqquzaylıq uşaqkәn hamama
aparılması yadında qalıbmış, hiss etdiyi ilk şey suyun
xoşuna gәlmәsi olub. Mәnim uşaqlığımla bağlı yadımda
qalan ilk xatirәm isә şirkәt gәmisindә getmәyimiz idi.
Sanki dünyaya o anda gәlmişdim, anamın qucağı…
Anam yanındakı sarısaçlı gәnc bir xanımla söhbәt
edә-edә siqaret çәkirdi. Siqaretini incә, gümüş bir müştüyә
48 taxmışdı. Mәn: “Onu istәyirәm” – deyib әlimi uzadanda
anam: “Al, amma ağzına qoyma!” – demiş, siqareti dәnizә
atmışdı. Deyәsәn, yay idi, hava çox istiydi. Anam mavi
tüklü yelpiyini yavaş-yavaş yellәyirdi. Qucağında otur-
muşdum. Gümüş müştüyün deşiyinә barmağımı soxur,
arabir anam görmәyәndә ucunu ağzıma salıb dişlәrimlә
sıxırdım.
Söhbәtlәşdiyi sarısaçlı xanımın çarşabı mavi rәng-
dәydi… Mәnimsә paltarım ağ, başım açıq, saçlarımsa çox
uzun idi.
Anam külәyin dağıtdığı saçlarımı düzәldәrkәn başımı
yuxarı qaldırdım. Günәş şәfәqlәriylә parlayan örtüklәrin
kәnarında әl boyda bir kölgә tәrpәnirdi.
– Bax, bax! – Dedim
Anam da başını qaldıraraq:
– Quşdu, – dedi.
Quşu tutmaq istәyәndә anam çәtiriylә kölgәni
döyәclәdi, ancaq kölgә tәrpәnmirdi. Bunu görәn anam
yanındakı qadına tәrәf çevrildi:
   43   44   45   46   47   48   49   50   51   52   53