Page 45 - antologiya
P. 45
ər Seyfəddin 45
әylәncәli iş elә bu idi. Elә bil qaşovun xışıltısı Tosunun
xoşuna gәlirdi: quyruğunu yellәyir, iş başa çatanda isә
narahat olurdu. Bu zaman Dadarux “Hoşt...” – deyә atın
belini şillәlәyir, sonra o biri atları qaşovlamağa başlayırdı.
Bir gün Hәsәnlә Dadarux dәrәyә getdiyindәn tәk
qalmışdım. Atları qaşovlamaq hәvәsiylә qaşovu axtarsam
da, tapa bilmәdim. Mehtәrxananın küncündә Dadaruxun
pәncәrәsiz balaca bir otağı vardı. Orada da axtardım, yox
idi. Çarpayının altındakı yaşıl rәngli taxta sandığı açanda
sevindiyimdәn az qala qışqıracaqdım. Anamın bir hәftә
әvvәl İstanbuldan göndәrdiyi nikel qaşov par-par
parıldayırdı. Götürüb Tosunun yanına qaçdım. Qaşovu
qarnına sürtmәk istәyәndә dinc dayanmırdı, “deyәsәn, in-
cidir” – düşünәrәk par-par parıldayan qaşovun dişlәrinә
baxdım. Çox itiydi. Kütlәşdirmәk üçün divarın daşlarına
sürtәndәn sonra tәzәdәn qaşovlamağa başladım. At yenә
sakit dayanmırdı. Әsәbilәşmişdim, acığımı qaşovdan
çıxmaq istәyirdim. On addımlıqdakı bulağa qaçıb qaşovu
bir daşın üstünә qoydum vә yerdәn götürdüyüm әn yekә
daşla onu döymәyә başladım. İstanbuldan gәlәn, üstәlik,
Dadaruxun işlәtmәyә dә qıymadığı qaşovu parça-parça
edәrәk bulağın yanına atdım.
Bir gün yenә tәk idim, Hәsәn evdә xidmәtçimiz Pәr-
vinlә qalmışdı. Adәti üzrә, hәr sәhәr evdәn çıxanda meh-
tәrxanaya baş çәkәn atam bulağın yanında qırıq-qırıq
olmuş qaşovu görüb qәzәblә Dadaruxu çağırdı:
– Bura gәl!
Qorxudan nәfәsim kәsilirdi. Dadarux da çaşıb
qalmışdı. Dedi ki, qaşovu kimin bu hala saldığından xәbәri
yoxdu. Atam mәnә tәrәf dönüb soruşmağa macal tap-
mamış dedim:
– Hәsәnin işidi.
– Hәsәnin?
– Hә, dünәn Dadarux yatmışdı, otağındakı sandıqdan
götürüb qırdı.