Page 42 - antologiya
P. 42
Türkiyə ədəbiyyatı antologiyası

Geri qayıtdılar. Yolda Xәlil bazara kömür almağa
gәldiyini dedi. Bir az getmişdilәr ki, arxadan kimsә Xәlili
çağırdı vә Xәlil Nuru әfәndiyә:

– Sәn get, mәn gәlib çataram, – deyib sәs gәlәn tәrәfә
döndü. Nuru әfәndi mәhәllәlәrindәki çayxananın qabağına
kimi gәldi. İki nәfәr nәrd oynayırdı, onların yanındakı boş
stulda oturdu, dirsәklәrini dizinә dayayıb nәrdә baxmağa
başladı. Oyunçulardan biri iki dәfә dalbadal uduzandan
sonra mәğlubuyyәtini Nuru әfәndinin ayağının düşәrsizli-
yinә bağlayıb әsәbilәşdi.

– A kişi, bu oyun qurtarsın, sәnlә dә bir tas oynaya-
cam.

Nuru әfәndi çәtirinin ucunu ağzından çıxararaq:
– Mәn nәrd oynamağı bacarmıram axı, – dedi.
– Nәrd oynaya bilmirsәn?
– Yox.
42 – Yaxşı, bәs onda bayaqdan nә marıtdayırsan?
– Elә-belә baxıram...
– Qәribәdi, on beş yaşından çayxanaya gәlirsәn, nәrd
oynaya bilmirsәn.
Hәmin adam yenә uduzdu vә yenә günahı Nuru әfәn-
didә gördü:
– Ay kişi, ayağın düşmәdi, sәn Allah, get bir az o
tәrәfdә otur.
Nuru әfәndi sakitcә yerindәn qalxıb tindәki mağa-
zaya tәrәf getdi, çörәk alıb oradan da birbaş evinә yollandı.
Pәncәrәnin qarşısında oturmuşdu. Tәzә çörәyin әtri
bütün evi bürümüşdü. Küçәdәn axşambazarına gәlәn
satıcılar keçirdi. Bir uşaq qardaşını çağırırdı: “Xeyri, gәl,
anam sәni çağırır”. Balaca bir qız, әlindә cәfәri dәstәsi,
ayaqqabılarını sürüyә-sürüyә gedirdi. Qonşu Qafarın oğlu
bostandakı boş sәbәtlәri aparırdı. İki qadın harasa tәlәsirdi.
Mәtbәxdәn anasının şapşaplarının sәsi gәlirdi...
Nuru әfәndi ürәyindә: “Hәyat şirin şeydi” – dedi.
   37   38   39   40   41   42   43   44   45   46   47