Page 41 - antologiya
P. 41
mduh Şövkət Əsəndal 41

– Nә bilim, insan çiy süd әmib.
Nuru cavab vermәdi. Ortaya çökmüş sükutu yenә dә
Şükrü pozdu:
– Dayanacaqsan yenә?
– Dayanmışam da.
– Gәlirsәnsә, gәl sәni aparım Qumqapıya.
Nuru әfәndi başını yellәdi:
– Deyirsәn gedәk, gedәk dә.
– Gedәk, havamızı da dәyişәrik.
Yolun o tayına keçib dәmiryoluna tәrәf getdilәr.
Şükrü:
– Sәn get, mәn arxadan gәlib sәnә çataram – deyәrәk,
odun anbarına girdi.
Nuru әfәndi әtrafdakı bostanlara baxa-baxa addım-
ladı. Qatar sәsi eşidәn kimi dayanır, sonra yoluna davam
edirdi. Hava istiydi – әynindәki paltar tәrdәn kürәyinә
yapışmışdı, başındakı papağın yan tәrәflәrindәn su axırdı.
Hәlә axşam düşmәsә dә, sahildә adam çox idi. Keçiddәn
adlayıb stansiyanın arxasında gәzişәrәk, yenidәn dәmir-
yoluna çıxmaq istәyirdi ki, mәhәllәdәki kömürçü Xәlillә
qarşılaşdı.
– Xeyirdi, Nuru, hara belә?
– Nә bilim, vallah, elәcә gedirәm, – Nuru әfәndi
hәvәssiz cavab verib arxaya baxdı. – Şükrü gәlәsiydi, nәsә
hәlә yoxdu.
– Hansı Şükrü?
– Kavafın oğlu.
– Harasa gedәcәksiniz?
– Yox, elә-belә, dedi, gedәk gәzәk.
– Әşi, Şükrünün ipinin üstünә odun yığmaq olar?!
Allah bilir, harada ilişib qalıb. Mәhәllәyә gedirәm, qayıt
gedәk.
Nuru әfәndi başını yellәyib:
– Yaxşı, qayıdaq, – dedi.
   36   37   38   39   40   41   42   43   44   45   46