Page 36 - antologiya
P. 36
Türkiyə ədəbiyyatı antologiyası
heyran elәdi. Uzun qara kirpiklәrinin altındakı iri, yaşıl
gözlәri par-par yanırdı. Balaca ağzı, narçiçәyi rәngindә
gözәl dodaqları vardı. Yanako ona yaxınlaşarkәn quzunu
tutduğu xınalı әllәrindә yaşıl bir üzük gördü vә nәfәsi
tәntiyә-tәntiyә soruşdu:
– Adın nәdir?
Gәlinin qorxudan rәngi ağardı, yanındakı uşağın
başını önlüyünün altında gizlәtdi. Yanako hırıldayaraq bir
dә soruşdu:
– Sәninlәyәm, adın nәdir?
– Fatma...
– Çox gözәlsәn… Әrin var?
– Var.
– Nәylә mәşğuldu?
–…
– Әsgәrdi?
36 – Rәncbәrdi!
– Qoyunların çoxdu?
– Hәә...
Yanako qızıllara görә gәlinin üstünә cuman әsgәrlәrin
üstünә qışqırandan sonra Fatmanın yanındakı uşağın saçını
tumarlayıb ona bir konfet verdi. Uşaq:
– Qara konfet istәmirәm, – deyә konfeti yerә ataraq
ağlamağa başladı.
– Yanako bir az şeytandı, ancaq zәrәr yoxdu, mәn sizi
qoruyacağam, – dedi.
Kәnd camaatı әsgәrlәrin sәs-küyünә yığışarkәn gәlin
Yanakonun tanımadığı bir küçәdә yoxa çıxmışdı.
Günortaya yaxın kәnddә vahimә dolu hәyat başlandı:
yunan әsgәrlәrinin söyüşlәri, güllә sәslәri, itlәrin hürüş-
mәsi, camaatın bağırtısı, qoyunların mәlәşmәsi bir-birinә
qarışmışdı. Yanako qocaları bir-bir döyür vә hәr dәfә dә
bu sualı verirdi:
– Qucağında quzu vardı, adı Fatmadı...