Page 31 - antologiya
P. 31
hməd Rauf 31

belә rahat, qayğısız yaşada bilmәyәcәkdi. Onu özüylә
birgә taleyin sәrt dolanbaclarına salmaqdansa, burada qoy-
maq daha yaxşı idi. Ürәyinin sәsinә qulaq asmamalı,
fәdakarlıq etmәli, uşağın gәlәcәyini korlamamalıydı.

Hәcәr dillәndi:
– Gördün?! Toxtadın? Bursada yatdığı yeri yadına
sal.
Saniyyә boynunu bükәrәk hüznlü sәslә:
– Yaxşı, – dedi. – Ancaq ayda bir dәfә gәlib görәcәm.
Kişi әsәbi halda etiraz elәdi:
– Elә şey olmaz.
Saniyyә heyrәtlәndi:
– Niyә?
– Biz istәyirik, sәni yadından çıxarsın, bizi atası-anası
bilsin. Razı deyilsәnsә, götür apar.
– Mәnә yazığınız gәlsin, bәy, heç olmasa, ildә bir
dәfә görsәm nә olar ki?!
– Ay xanım, başa düşmürsәn? Sәni anası bilsә, daha
biz nәyә lazımıq?
– Yaxşı, neynәk, qoy olsun, tәki o, yaxşı yaşasın.
Axrıncı dәfә mәni balamla tәk qoyun, axrıncı dәfә onu
bağrıma basım, narahat olmayın, oyatmaram.
Çarpayıya yaxınlaşıb yorğanı qaldırmağa cәhd elәsә
dә, әllәri әsdiyindәn bacarmadı. Uşağı yorğanla birgә
qucaqlayıb otaqdan çıxdı.
Kişi cibindәn bir qat yüzlük çıxarıb ona uzatdı:
– Lazımın olar, – dedi.
Saniyyә hıçqıra-hıçqıra :
– Olmaz, bәy, – dedi, – mәn uşağımı satmıram.
   26   27   28   29   30   31   32   33   34   35   36