Page 28 - antologiya
P. 28
Türkiyə ədəbiyyatı antologiyası
Sabahkı gün tezdәn Hәcәr onu görәndә gözü kәllә-
sinә çıxdı:
– Ay arvad, bәs sәn ölmәmisәn, hardan gәlib çıxdın?
Saniyyә şübhәli nәzәrlәrlә әtrafa baxıb qışqırdı:
– Hardan gәlәcәyәm?! Axirәtdәn!
Başına gәlәnlәri tәngnәfәs danışa-danışa ora-bura
baxır, gözlәri Әlini axtarırdı.
– Nә baxa-baxa qalmısan? Sәn indi Әlini görsәn...
Maşallah, bәxti ayaq üstәymiş, elә dәyişib ki, görsәn, elә
bilәrsәn, bәy balasıdı.
Saniyyә döyükә-döyükә qalmışdı, onun dediklәrin-
dәn heç nә anlamırdı. Nәhayәt, Hәcәr mәsәlәnin üstünü
açdı:
– Mәn onu varlı bir ailәyә vermişәm.
Saniyyәnin beynindә ildırım çaxdı:
– Neynәmisәn, neynәmisәn?
28 – Övladlığa vermişәm. Görsәn, tanımazsan, ona elә
baxırlar ki... heç öz balalarından ayırmırlar, bir dediyini
iki elәmirlәr.
Saniyyә yaxşı bilirdi ki, Әli anasından başqa, heç
kimә yovuşmaz. “Yәqin, uşağı başından elәmәk üçün ha-
rasa atıb” – fikirlәşsә dә, Hәcәrә inanmaq da istәyir vә
oğlunu başqasının evindә atasız-anasız tәsәvvür edәndә az
qalırdı başına hava gәlsin. Birdәn hönkürdü:
– Niyә verdin, nә ağırlığı vardı axı? Ağırlıq edirdisә,
niyә götürüb İstanbulacan gәtirmisәn? Tez uşağımı tap
gәtir, imkan vermәrәm, balam onun-bunun qapısında
qalsın.
Hәcәr bağırmağa başladı:
– Aaa... axmağa bax e.
Evdәki bütün başıyaylıqlılar Saniyyәyә tәskinlik
vermәyә çalışırdılar, ancaq o kirimәk bilmir, elә hey: “Mәn
balamı istәyirәm” – deyib hönkürürdü. Nәhayәt, arvadlar
belә qәrara gәldilәr ki, Saniyyәni Әlininin indi yaşadığı