Page 23 - antologiya
P. 23
məd Hikmət Müftüoğlu

ÜZÜMSATAN 23

Çәlәbi Әfәndiyә

Böyükada, iyul ayı, günorta vaxtları. Günәş yeri
öz ağuşuna almışdı, torpaq qovrulurdu. Göydәn
yağan şüa adamın yanaqlarını yandırır, nәfәsini tәngidir,
gözlәr gün işığına tab gәtirmәyib yumulurdu.
Bu sakitliyi lap uzaqdan – körpü tәrәfdәn gәlәn bir
sәs pozdu:
– Qarpııız!... Qarpızz!...
Evlәrin divarlarına, pәncәrәlәrinә dәyәrәk әks-sәda
verәn bu sәsdәn ürkәn bir dәstә göyәrçin havaya qalxdı.
Başqa bir tәrәfdәn daha ucadan bir sәs gәldi:
– Çaaavuuuş!...
Sәsi kimi güclü bәdәni, ağarmış saqqalı, iri ayaqları,
aydın çöhrәsi olan, nәhәng heykәli xatırladan bu cüssәli
kişi indi qarşımdaydı:
– Ata, sәn elә qışqırırsan ki, elә bil әmr edirsәn, sәsin
әks-sәda verir.
– Qışqırmıram axı...
Üzümü verәndәn sonra yuxarıdakı tәpәyә dırmaş-
mağa başladı. Sәsi dünyanı götürmüşdü:
– Çaavuuuş!
Yanımızdakı küçәdәn bir satıcı keçirdi. Bir az uzaq-
dan “lobya, badımcaaan!” qışqırıqları eşidilirdi. Onun
“Çaaavuuuş!...” avazının yanında bu xırıltılı sәs çox kobud
idi.
Evin arxa pәncәrәsinә tәrәf qaçdım: üzümsatan
tәpәyә çatmışdı.
Sәbәtini yolun kәnarındakı qayanın üstünә qoydu.
Әlini ön tәrәfdәn belindәki qurşağın içinә saldı. Qalın
qaşlarının altındakı sәrt baxışlarıyla mavi dәnizi nәzәrdәn
keçirib fikrә getdi. Bu baxışlardakı dәrinlik el-oba
xiffәtindәn gәlirdi.
   18   19   20   21   22   23   24   25   26   27   28