Page 27 - antologiya
P. 27
hməd Rauf 27

laca oğluyla tәk qaldıqlarından qonum-qonşunun evini
tәmizlәyib balasını saxlayırmış. Ancaq bir müddәt sonra
iş azaldığından bәzәn ac yatırmışlar. Günlәrin birindә bir
xeyriyyәçi ona ipәk fabrikindә iş verib, ancaq uşağı
fabrikә aparmaq olmazmış deyә ayda iki lirәyә qonşusu
Hәcәr xanımın yanında qoyurmuş. Hadisә baş verәn gün
dә Әli Hәcәrgildәymiş.

Hәkim soruşdu:
– Ev hardadı?
– Sәdbaşı tәrәfi keçәndәn sonra – Tümniyyә hәn-
dәvәrindә kimdәn soruşsanız, Hәcәr xanımın evi hardadı,
göstәrәcәk.
Hәkimin göndәrdiyi adam bir azdan qayıdaraq xәbәr
çatdırdı ki, Hәcәr xanım Saniyyәni neçә gün gözlәdikdәn
sonra uşağı da götürüb İstanbula gedib. Onun uşağın anası
üçün qoyduğu mәktubda İstanbulun Fateh tәrәfindә bir
evin ünvanı yazılmışdı.
Yarası hәlә sağalmamışdı deyә hәkimlәr onu xәstә-
xanadan buraxmadılar. Burada qaldığı müddәtdә gecә-
gündüz elә hey “Әli” deyib zarıdı.
Nәhayәt, Saniyyә xanımın yalvarışları qarşısında tab
gәtirmәyәn baş hәkim, tam sağalmasa da, getmәyinә etiraz
etmәdi vә bir az da yolpulu verib yola saldı.

***
Hәmin gün axşam Fatehdә tramvaydan enәrәk
әlindәki kağızda yazılan ünvanı axtarmağa başladı. Ürәyi
tir-tir әsir, Әlini görәcәyini fikirlәşәndә sevindiyindәn
gözlәri dolurdu. Nәhayәt, evi tapdı vә dizlәri әsә-әsә
qapını döydü...
Ev sahibi dedi ki, Hәcәr üç gün burada qalandan son-
ra Çәngәlköyә gedib. Bu xәbәrdәn qanı qaralsa da, Әlinin
sağ-salamat olduğunu bildiyi üçün özünü çox da üzmәdi.
   22   23   24   25   26   27   28   29   30   31   32