Page 26 - antologiya
P. 26
Türkiyə ədəbiyyatı antologiyası

ANA-BALA

Gözlәrini açanda beyni dumanlanırdı. Heç nә
düşünә bilmir, nә qәdәr çalışsa da, heç nә xatır-
lamırdı.
Әtrafda adamların danışıqlarından belә başa düşdü
ki, xәstәxanadadır, ancaq bura niyә gәtirildiyini anlaya
bilmәdi. Yerindәn tәrpәnmәk istәyәndә böyründә şiddәtli
ağrı hiss elәdi. Deyәsәn, yaralıydı.
Bәli, yaralıydı.
Günorta fabrikdәki müdiri gәlib deyәndә ki, şәhәrә
girmәk istәyәn yunanlarla bazar tәrәfdә atışma olub, oğlu
Әlini qonşuda qoyduğu üçün tәlәsik özünü küçәyә at-
mışdı. Küçәdә atışan әsgәrlәrin güllәlәrindәn qoruna-
qoruna qaçarkәn birdәn yerә yıxılmışdı...
26 Demәli, ölmәyib, xәstәxanaya gәtiriblәr.
“Әli hardadı bәs?” – özünә verdiyi bu sualın
cavabında Saniyyә xanım әvvәlcә bәrkdәn qışqırdı, sonra
isә hönkür-hönkür ağlamağa başladı. Hәkimi çağırdılar.
Hәkim onun qolundan tutub silkәlәyәrәk:
– Xanım, nә olub? – Soruşdu.
– Oğlum hanı? Ölüb? Sәn Allah, cavab verin, ölüb?
– Sәni bir hәftә olar, bura gәtiriblәr, böyrәyindәn ağır
yaralanmışdın...
Qadının hönkürtüsü xәstәxananı bürüdü:
– Bir hәftә? Ölüb balam, Әlim ölüb, ölüb? İlahi...
Yerindәn durmağa cәhd elәdi: qaçıb oğlundan bir
xәbәr bilmәk istәyirdi. Hәkim onu sakitlәşdirmәk üçün
mәrhәmәt dolu sәslә:
– Sәn gedә bilmәzsәn, özüm adam göndәrib bir xәbәr
bilәrәm, – dedi. – Bir başa sal görüm, nә mәsәlәdi?
Saniyyәnin ağlaya-ağlaya danışdıqlarından belә
mәlum oldu ki, müharibәdә şәhid olmuş әrindәn sonra ba-
   21   22   23   24   25   26   27   28   29   30   31