Page 30 - antologiya
P. 30
Türkiyə ədəbiyyatı antologiyası

öyrәşib ona. Sәni başa düşürәm, anasan, balandan ayrıl-
maq istәmәzsәn, ancaq uşağı bәdbәxt elәmә. O, uşaqlığın
da, hәyatın da dadını bura gәlәndәn sonra görüb, indi onu
götürüb hara aparacaqsan? Yağ-bal içindә böyümәk hara,
yarıac-yarıtox böyümәk hara?! Biz onu öz uşağımız
sayırıq.

Saniyyә isә dediyindәn dönmürdü. Kişi bir qәdәr
fikrә gedib dedi:

– Gәl sәn onu aparma, nә qәdәr istәyirsәn, pul verәk,
get kәndә.

Bu sözlәrdәn daxilәn sarsılsa da, özünü әlә almağa
çalışdı:

– Ay bәy, mәnim balam әşya-zad deyil ki, pulla
alasız. Siz bilmәzsiz, amma Hәcәr xanım bilir ki, Әli
mәnim hәr şeyimdi. O, mәnә hәm ata, hәm qardaş, hәm
dә әr әvәzidi. Mәn balamdan ayrı qala bilmәrәm.
30 – Ay xanım, mәni düz başa düşmәdin, deyirәm, bura-
dan aparsan, bәdbәxt edәcәksәn uşağı.

Bayaqdan gәrgin vәziyyәtdә olan Hәcәr söhbәtә
qarışdı:

– Qızım, sәn dә ancaq özünü fikirlәşirsәn, bir oğlunu
da düşün dә. Burada qalsa, oxuyacaq, ancaq aparsan, heç
qarnını doyurmağa da imkanın çatmayacaq.

– O, mәnim aldığım nәfәsdi, onu bir gün görmәsәm,
başıma hava gәlәr.

Kişi yenә dәrin bir fikrә getdi, sonra Saniyyәnin yaşlı
gözlәrinә baxaraq az qala pıçıltıyla:

– Uşaq sәnindi, özün bil, ancaq yenә dә yaxşı fikirlәş, –
deyәrәk evin xanımına tәrәf çevrildi. – Uşaq yatır, hә?
Aparın baxsın... öz gözüylә görsün.

Xanım geniş, işıqlı bir otağın qapısını açdı. Küncdә
taxt boyda bir çarpayı vardı, Әli bәr-bәzәkli yorğan-
döşәkdә quzu kimi yatırdı. Saniyyәnin bütün bәdәni әsir,
içindә isә qәribә tәrәddüdlәr baş qaldırırdı. Bәli, oğlunu
   25   26   27   28   29   30   31   32   33   34   35