Page 34 - antologiya
P. 34
Türkiyə ədəbiyyatı antologiyası

ça-parça olan ürәyinlә oynayanlar cәzasına çatdılar. Sәnin
güclü çiyinlәrin bu müharibәnin yükünü daşıdı, balaca
әllәrin bu ordunu yedirtdi. Bu gün sәnin xilas günündür,
azad elәdiyin torpaqlarda qürurla gәz, әziz Fatma! Daim
sәnin namusun, azadlığın uğrunda qan axdı, şәhidlәr sәni
xoşbәxt görmәk arzusuyla öldülәr. Sabahkı Fatmaların ba-
laca ayaqları isti, gözәl әllәri yumşaq, başları dik olacaq.
Get yat, Fatma! İcazә ver, sәnin dastanını Sakaryadan
İzmirәdәk yunan alovlarının işıqlandırdığı qan izlәrindәn
yaddaşıma köçürüm...

Bu, Bәyoğlunda pinәçi ailәsindә doğulmuş, Dumlu-
pınarda qadınların әlindә ölmüş yunan ordusunun çavuşu
Yanako Dimitriyadis barәdә hekayәdir.

O, hәm evdә anasından, hәm dә hәyәtdә-bacada
tәrbiyә alaraq böyümüşdü. Yunanlar İzmirә girәndә o da
öz düşmәnçiliyini türk mәhәllәlәrindәki türk uşaqlarına
34 daş atmaqla bildirmiş, ancaq bununla ürәyi soyumamışdı.

Günlәrin birindә nal sifariş elәmәyә gәlmiş bir yunan
çavuşunu dәrhal tanıdı. Bu, Tatavladakı Andrikonun oğlu
Tanaş idi. Tanaşın ayağının ölçüsünü götürәndәn sonra
meyxanada etdiklәri söhbәt onları bir-birinә daha da
yaxınlaşdırdı. Tanaş ona İzmirin işğalıyla bağlı heyrәtamiz
hadisәlәr danışdı: yunan әsgәrlәrinin irәlilәmәyindәn,
İzmir sahillәrinin türk qanına boyanmasından, izmirlilәrin
yunan süngülәrinә keçirilmәklәrindәn... Sonra isә cibindәn
çıxarıb qadınların qulaqlarından, boyunlarından qopardığı
qanlı sırğaları, boyunbağıları göstәrdi. Zümrüd qaşlı üzüyә
işarә edib hırıldaya-hırıldaya dedi:

– Bu üzük Fatmanındı, barmağını kәsib götürmüşәm.
Elә gözәl barmaqları vardı ki. Özünü götürәcәkdim, ancaq
cibimә yerlәşmәdiyinә görә ondan bir xatirә götürüb,
öldürdüm.

Yanako o gecә yata bilmәdi. Bir hәftә sonra isә yunan
ordusuna könüllü әsgәr kimi yazıldı. Türk dilini bildiyi vә
   29   30   31   32   33   34   35   36   37   38   39