Page 33 - antologiya
P. 33
idə Ədib Adıvar

VURMA, FATMA! 33

İki zabitlә Dumlupınardakı qәrargahın qarşısında
gәzirdim. Sağ tәrәfdә – Qızıldәrәyә gedәn yolda
dağlar qaraltı kimi görünür, qaranlığın içindә igid türk
әsgәrlәrinin süngülәri parıldayırdı. Sol tәrәfdәki Dumlu-
pınar sәngәri isә zülmәtә qәrq olmuşdu.
Kәnddә itlәr hürüşür, qadınların sәsi gәlirdi:
– Ay qız, Fatma, bәri gәl!
– Ayşә, bax, buradan gedirdilәr...
Sanki qaranlıq idi danışan. Zabitlәrdәn biri әvvәlcә
öz-özünә:
– Vurma, Fatma, vurma, Fatma! – Deyәrәk üzünü
mәnә tutdu: – Dünәn axşam dağlıq tәrәfdәn bura gәlәn iki
yunan әsgәrini qadınlar süngüdәn keçirib. Biri ölәndә
sayıqlayırmış ki, “vurma, Fatma!”

***
Otaqda bir ocaq, bir dә pәncәrә әvәzi qara bir oyuq
vardı. Kürklә yatsam da, soyuqdan әsirdim. O, mәnim
qarşımda, taxta masanın üstündә oturmuşdu. Sönmәkdә
olan şamın işığında sifәtinin solduğunu, titrәdiyini görür-
düm. Qara, nәmli gözlәri, xırda dişlәri parıldayırdı. Bir
ayağını dizinin üstünә qoyub, o biri ayağıyla dabanındakı,
barmaqlarının arasındakı qurumuş palçığı tәmizlәyirdi.
Sәsi sakit olsa da, gözlәrindәn vә dodaqlarından ürәyimin
sarı siminә toxunan kәdәr oxunurdu.
– Hardaydın, Fatma?
– Paşanın çadırının arxasında qara dam var ha,
ordaydım...
Daha bәsdir, Fatma, get yat, bunları yaddan çıxart.
Bu müharibәni sәn elәmisәn, yunanlara sәn qәlib gәl-
misәn. Qabarlı әllәrinlә, çat-çat dabanınla, hәsrәtdәn par-
   28   29   30   31   32   33   34   35   36   37   38