Page 37 - antologiya
P. 37
idə Ədib Adıvar 37
– Bütün qadınların quzusu var, hamısının da adı
Fatma!
– Saçına qızıl taxmışdı, әri rәncbәrdi, yanında üç
yaşlı uşaq vardı...
Axşama yaxın yunanlara özlәrindәn dәstәk gәldi vә
gündüzdәn başlanan hücumun son mәrhәlәsi olaraq evlәri
yandırmağa başladılar. On beş arabayla Kozacdan çıxıb
Keçәk kәndinә gedәn Yanako uyğun olmayan vaxtda gәl-
diyinә görә gәlәnlәri ürәyindә söyür, hәm dә Fatmanın
zümrüd qaşlı üzüyü barәdә düşünürdü.
– Dimitri, dayan, qarşıda dәrә var.
Burada dayandılar. Kozacla Kәçәkin arasındakı
qaranlıq dәrәdә ocaq qalanmışdı, kimsә mahnı oxuyurdu.
Arabalardan düşüb dәrәyә tәrәf gedәndә Yanako әllәri ar-
xadan bağlanmış Fatmanı gördü: uşağının vә әrinin
meyitinin yanında dayanmışdı; dağınıq qızılı saçlarının
arasındakı iri yaşıl gözlәri yaralı pәlәng gözlәri kimi
parıldayır, dodaqları titrәyirdi. Onları görәn kimi
qışqırmağa başladı:
– Murdarlar, kafirlәr!..
...O gecә Yanakonun beynindә tәkcә bir görüntü var
idi: böyük bir ocaq, dәrin bir dәrә, çılpaq vә gözlәri açıq
qadın meyiti... Ağappaq sinәsindә xәncәr, qızılı saçlarında
qurumuş qan. Göyәrmiş dodaqları acı-acı gülümsünür,
hәrdәn dә qışqırırdı: “Murdarlar!” Qulaqlarını tıxayıb
gözlәrini yumanda qaranlığın içindә onun yaşıl gözlәri
peyda olur, bu gözlәrdәn xilas olmaq üçün yatmağa
çalışanda isә әlindәki diş izlәrinin yarası sızıldayır, cibin-
dәki zümrüd üzüklü kәsik barmaq alov saçan dırnaqlarıyla
әtini cırmaqlayırdı.
Yanako sәhәrәdәk yuxu gördü: üstünә hücum çәkәn
bütün itlәrin, pişiklәrin, ilanların gözlәri yaşıl idi, hamısı
da eyni qәzәblә sәslәnirdi: “Murdarlar!”
...Bu hadisәdәn bir ay sonra Murad dağında iki ac
yunan әsgәri dizlәri әsә-әsә gecәykәn Dumlupınara