Page 19 - antologiya
P. 19
id Ziya Uşaqlıgil
İÇMӘLİ SU 19
Bu hadisә Balkan müharibәsi vaxtı baş vermişdi.
Kәnd, demәk olar ki, bomboş idi! Dolanşıq
problemlәriylә çapalayan kәndin tәk-tük mağazası açıq
idi. Küçәlәrdә ancaq әsgәrlәr gözә dәyirdi...
İki aydı ki, dәniz vә quru yollarla gecә-gündüz kәndә
әsgәrlәr gәlmәkdәydi. Hәm yaralıları, hәm dә ölәnlәrin
meyitlәrini bura gәtirmәk ümidsizlik, ölüm qorxusu vә s.
kimi qarışıq hisslәr yaradırdı.
Daim qaynayan bu insan burulğanında adam gecәnin
qaranlığı içindә itib-batsa da, ertәsi gün günәşin şüalarıyla
yenidәn doğulurdu. Bu insan kütlәsinin sükutu sanki
mәbәdlәrin dәrin ölü sükutu idi!
Әsgәrlәr küçәdәn keçәndә göz-gözә gәldiklәri
adamlardan baxışlarını qaçırır, pulları olsa da, mağazaya
girmәyә utanırdılar. Yolu sәhv salıb başqa küçәyә keçәndә
birdәn camaat onları oğru sayar deyә narahat olurdular.
Fikir vermişdim: bir vedrә su üçün utana-uatana cәrgәyә
düzülüb gözlәyirdilәr.
Ah, türk balası! Sәn tarixin qarma-qarışıq yollarında
nә vaxtdan içmәli suyun arxasınca qaçmağa başlamısan?
Sәnә hәmişә yol göstәrәn, sәni Qәrbdәn Şәrqә, Şimaldan
Cәnuba istqamәtlәndirәn elә bu içmәli su olub. Sәn heç
vaxt taleyinlә barışmayacaq, içmәli suyun yolunu bu
kәnddәn o kәndә salacaq, obaların yanğılı ürәklәrini
sәrinlәşdirәcәksәn...
Günlәrin birindә pәncәrәdәn fikirli-fikirli çölә baxır-
dım. Aramla yağan yağış kәndin xәmirә dönmüş palçığını
lap keçilmәz elәmişdi. Qarşıdakı evin hinindә olan
toyuqlar arabir başlarını çölә çıxararaq palçığa batmış
xoruza baxırdılar. Divarın dibindә büzüşәn qara pişik isә
pәncәlәrini qoymağa yer tapmaq üçün aşağı baxırdı.