Page 16 - antologiya
P. 16
Türkiyə ədəbiyyatı antologiyası

Mәhmәdi görәn Bәhiyyә xanım uşağı anasının
әlindәn dartıb özünә tәrәf çәkdi, bağrına basaraq:

– Yazıq balam, Camalım bununla tay-tuş idi, –
deyәrәk hönkürmәyә başladı. – Balamı Allah әlimdәn aldı,
qurban olduğumun yazısı belәymiş. Vallah, nәzәrә
gәtirmirәm, sağ-salamat böyüt, bacı...

Onu özünә sıxıb bәrk-bәrk öpәn qadının bu qәfil
hәrәkәtindәn qıpqırmızı olmuş uşaq Bәhiyyә xanımın
әlindәn xilas olandan sonra anasından soruşdu:

– Ana, Bәhiyyә xalaya nә olub ki?
Anası uşağın qulağına pıçıldadı:
– Camal ölüb....
– Ölüb? Bәs ölübsә, hara aparıblar.
– Yavaş danış, qәbiristanlığa apardılar.
– Orda neylәyәcәklәr ki?
– Bu saat ağzının üstündәn birini vuracam ha!
16 Qәbiristanlıqda adamı neylәyirlәr? Basdıracaqlar.
– Ana, mәn ölsәm, mәni basdırmasınlar, istәmirәm.
Kәnardan bir qadın:
– Bacı, dәymәyin, qoy ağlasın! – Dedi. – Naciyә
ölәndә mәn dә ağlaya bilmәdim, donub-qalmışdım. Sonra
qarnım Hud dağı kimi şişmişdi. O vaxt bizim kişi mәni
Hәllac mollaya göstәrәndә dedi ki, “Gözlәrinin zәhәri
qarnına axıb”. Anadır da, Allah bilir, indi o binәva nә
çәkir?! Ağla, ay bacı, ağla, ürәyin boşalsın, yoxsa kötük
kimi şişәcәksәn.
Başqa bir qadın isә ona etiraz elәdi:
– Ay arvad, öyüd vermә, ölünün dalınca ağlamaq
günahdı, Quranda da deyilib; Qızıldaşdakı Gümüşsәlvilinin
moizәsinә qulaq asmamısan?

⃰⃰⃰
Şәkurә xanım neylәdisә, qızının dәrdinә çarә tapa
bilmәdi: Bәhiyyәnin halı günü-gündәn pislәşirdi. Uşağın
   11   12   13   14   15   16   17   18   19   20   21