Page 11 - antologiya
P. 11
i Paşazadə Səzai 11

çıxdı. Pillәkәnin ortasında bığları, sifәti qara lәkәli
pişiyi görәn kimi:

– Sәn içmisәn mәnim qәhvәmi? Elә deyәsәn,
fincanı da sәn qırmısan, – deyib, heyvanın әn yum-
şaq yerini nişan alaraq әsanı havaya qaldırdı. Pişik
nәrdivandan aşağı tullandı.

Pillәkәnin alt tәrәfindә uzanan arvadı onu hәdә-
lәyirdi:

– Görәrsәn, görәrsәn sәnә neynәyәcәm, başına
nә oyun açacam.

Arvadının qırışmış sifәtinә baxaraq:
– Neylәyә bilәrsәn ki? – Dedi.
– Hökumәt var, qanun var, şikayәt edәcәm. Sә-
nin hevyanlara işgәncә verdiyini, onları yerlәrin-
dәn-yurdlarından didәrgin saldığını deyәcәm. Görәk
onda neylәyәcәksәn?

***
Gedib qәza rәisinә şikayәt elәmişdi ki, bәs
camaatın arvadının qaş-gözünә, geyim-keciminә
irad bildirirsiniz, ancaq mәnim evimdәki yaramaz
heyvanlarla bağlı tәdbir görmürsünüz. Bunu eşidәn
arvadı isә altmış yaşı olsa da, yeniyetmә qız әdasıy-
la gözlәrini süzdürüb demişdi: “Әslindә, mәnim
pişiklәri xoşlamağıma sevinmәlisәn, bunların yerinә
kişilәri xoşlasaydım, neylәyәcәkdin?” Yazıq kişi
sәhәrәdәk öz içindә var-gәl etmiş, beynindәki qarı-
şıq fikirlәrin ağuşunda çırpına-çırpına yuxuya get-
mişdi. Sәhәr nәyinsә ayaqlarına toxunduğunu hiss
edib oyanmış vә görmüşdü ki, pişikdi. Deyәsәn, bu
yaramazların onun çarpayısında da gözü vardı.
Fәlәkdәn bir gün belә oğurlamağa imkan vermir-
dilәr, üstәlik, onların ucbatından ailәsi dә dağılırdı.
   6   7   8   9   10   11   12   13   14   15   16