Page 12 - antologiya
P. 12
Türkiyə ədəbiyyatı antologiyası
Gecәyarı gәldiyi qәrarla sәhәr oyanaraq özünә
aid nә varsa, alt mәrtәbәdәki otağa yığdı. Paltosunu
geyinib, papağını başına qoyaraq ağzını iplә bağla-
dığı sandığın üstündә oturub bir dә düşündü. Yox,
fikri qәtiydi, “Mәn, yoxsa pişiklәr?” sualına cava-
bında “pişiklәri” seçәn bir arvada ancaq “әlvida!”
demәk olardı... Elә bu qәtiyyәtlә dә evdәn çıxdı.
Fikirli-fikirli evlәrin, mağazaların yanından,
bazarın ortasından keçdi. Küçәdә ayağıyalın dilәn-
çini görüb pul vermәk üçün ciblәrini axtarsa da, heç
nә tapa bilmәyib yola davam etdi. Yol qırağındakı
meyxanada çal-çağır idi. Ada camaatı әn çox burada
әylәnir, nişanlı qızların dilindәn düşmәyәn “Corci,
Corci, Corcakimo, Nesahro, pulakimo!” mahnısını
oxuyurdular. Kefi yox idi deyә oxuyanların, deyib-
gülәnlәrin, zarafatlaşanların sәsi әsәblәrinә toxu-
12 nurdu. Ona görә dә buradan sürәtlә uzaqlaşdı. Sәrin
meh әsirdi, Mәrmәrә dәnizi gömgöy idi... Otuz üç
illik ailәsi dağılmış, tәk qalmışdı. Dәhşәt idi! Hәtta
sәma da mavi gözlәriylә ona mәrhәmәtlә baxırdı.
Qıraqlarında yamyaşıl ağacların әkildiyi yolla
dәnizә tәrәf addımladı. Dәniz kәnarında balıq
yemәk üçün yığışmış pişiklәri görüb әks istiqamәtә
– Yorqayoluna üz tutdu.
Dәniz havasının tәsiri, tәbiәtin rәngi onu
tamam başqa bir yerә gәtirib çıxarmışdı. Birdәn
yadına düşdü ki, düşdüyü vәziyyәt qәlizdir, nәsә
fikirlәşmәk lazım idi. Evә bir dә qayıtmayacaqdı –
bu söhbәt artıq bağlanmışdı – ancaq axşam nә ye-
yәcәk, harda gecәlәyәcәk? Bir qarın yemәyә dә pulu
yox idi. Evdәki yemәklәri yadına salanda ağzı
sulandı, sifәtinә hava dәydikcә ürәyindәki sәs
“evinә qayıt!” – demәyә başladı. Ona elә gәldi ki,