Page 15 - antologiya
P. 15
seyn Rəhmi Gürpınar

SӘBİR VӘ SAVAB 15

Balasının meyiti evdәn çıxarılanda Bәhiyyә: “Can,
ay Camal, mәni ağlar günә qoyub hara ge-
dirsәn?!” – deyә hönkür-hönkür ağlayırdı. Qışqırmaqdan
sәsi kallaşmışdı. Qeyri-iradi özünü ora-bura çırparkәn
pәncәrәnin şüşәsini qırdı. O qәdәr baş-gözünә döydü ki,
axırda bayıldı. Su verib ayıltdılar, özünә gәlәndә ağlaya-
ağlaya oğlundan danışmağa başladı:
– Yazıq balam... Bu il beş yaşı tamam olurdu, altıya
keçәcәkdi. Elә bil gözә gәldi, gözü dәyәnin gözü çıxsın.
Yazıq balam... Bir hәftә neylәdiksә, xeyri olmadı –
vermәdiyimiz dәrman, getmәdiyimiz hәkim qalmadı.
Mollaların da yanına apardım... O amansız gün geyindirib-
kecindirib mәktәbә yola salanda onu öpmәkdәn doymur-
dum, qurban olduğum, balamı elә bil torpaq üçün yox,
cәnnәt üçün yaratmışdı...
Bir dәfә bazarlıq elәyirdim. Başım o qәdәr şişmişdi
ki, pulu çox vermişdim. Balam qapı ağzında dayanmışdı,
çağırıb soruşdum:
– Oğul, deyәsәn, bu kişi mәni aldadıb, yetmiş quruş
çoxdu, yoxsa doxsan? Balaca, gözlәrini qıyıb:
– Yetmiş, – dedi.
– Dedim, mәn dә bilirdim dә, bu kişi mәni aldadır...
Arvadlar ağlaşırdı. Elә bu vaxt bir qadın yanındakı
beş-altı yaşlı uşaqla içәri girdi. Otaqdakılardan biri qadının
әlindәn yapışdığı uşağı göstәrәrәk:
– Ay qız, Mәhmәdi niyә gәtirmisәn bura? Camalla
tay-tuşdu axı, Bәhiyyә görәcәk, yenә yadına düşәcәk, üz-
gözünü cıracaq.
– Neylәyim, ay bacı, kimә tapşırıb gәlim? Yoldaşım
dәfnә getdi, qayınanam evdәdi, ancaq... yerindәn qalxa
bilmir; doğrudan, qalxa bilmir, yoxsa qәsdәn edir, orasını
bilmirәm. Başıma gәlәni danışmaqla qurtarmaz.
   10   11   12   13   14   15   16   17   18   19   20