Page 7 - antologiya
P. 7
ının tarixindә bir növ dönüş nöqtәsi oldu. Mәlum oldu 7
ki, Türkiyә әdәbiyyatı dünya әdәbiyyatının aparıcı impuls-
larını tәkcә mәnimsәmәyә, özününkülәşdirmәyә deyil, hәm
dә inkişaf etmiş mәdәniyyәtlәrin cәrgәsindә öz layiqli
yerini tutmaq potensialına malikdir. “Sәrvәti fünun”
(“Biliklәr xәzinәsi”) dövründә nәsr ön plana çıxır ki, bu
da Türkiyәdә yeni әdәbiyyatın formalaşmasının milli-tarixi
xüsusiyyәtlәri ilә izah olunur. Çünki müәyyәn mәnada
ehkamlaşmış әdәbiyyat qanunlarından, orta әsr etike-
tindәn, köhnә әdәbi әnәnәlәrdәn qurtulub yeni dövrlә
ayaqlaşmaq üçün nәsr daha böyük imkanlar yaradırdı.
“Sәrvәti fünün”, bu mәnada, romantizmdәn realizmә
doğru böyük bir yol qәt etdi. “Fәcri ati” (“İşıqlı sabah-
lar”) Türkiyә әdәbiyyatı tarixindә ilk dәfә öz manifestini
dәrc etdi. Әsasәn gәnclәri öz әtrafında birlәşdirәn bu
әdәbi cәrәyan Bodler, Mallarme, Verlen, Şopenhauer,
Nitşe, Berqson kimi әdiblәrin vә fikir adamlarının yara-
dıcılığına istinad edirdi. Milli әdәbiyyat vә Cümhuriyyәt
dönәmi әdәbiyyatının inkişafı vә bu dövrün görkәmli
nümayәndәlәrinin yaradıcılığı nisbәtәn yeni dövrә tәsadüf
etdiyi üçün oxucu bu barәdә daha dolğun tәsәvvürlәrә ma-
likdir.
Müasir dünyanın söz sәhnәsindә Türkiyә әdәbiy-
yatının öz xüsusi yeri var. Yaşar Kamal, Oğuz Atay, Әhmәd
Hәmdi Tanpınar, Nazim Hikmәt, Sәbahәddin Әli, Yәhya
Kamal Bәyatlı, Mәhmәd Rauf vә onlarla digәr türk yazar-
larının әsәrlәri bir çox dünya dillәrinә tәrcümә olunur vә
sevilәrәk oxunur. Hazırda müxtәlif dillәrә әn çox tәrcümә
edilәn yazıçılardan biri dә Nobel mükafatı laureatı Orxan
Pamukdur. Qeyd etmәk lazımdır ki, Türkiyәdә tәrcümә
işinә dәstәk verilmәsi üzrә dövlәt proqramı (TEDA
tәşkilatının vasitәsilә) hәyata keçirilir. Tәkcә onu qeyd
etmәk yerinә düşәr ki, 2006-cı ildәn bu yana xarici
nәşriyyatların öz tәşәbbüsü ilә tәxminәn 2 min adda bәdii