Page 6 - antologiya
P. 6
yanmazmı” (Mәhәmmәd Füzuli); “Biz dünyadan gedәr
olduq, Qalanlara salam olsun, Bizdәn sonra bu dünyaya
Gәlәnlәrә salam olsun” (Yunis Әmrә).

Şübhәsiz, bu, tamamilә başqa bir söhbәtin mövzu-
sudur.

“Müasir türk әdәbiyyatı” qavramı özündә daha çox
tәnzimat dövrü vә ondan sonrakı mәrhәlәlәrdә cәrәyan
edәn proseslәri ehtiva edir. Mәlum olduğu kimi, Tәnzimat
Fәrmanının elan edilmәsi ilә başlayan mәdәniyyәt dәyi-
şikliklәri, qәrblәşmә әhvali-ruhiyyәsi әdәbiyyata da
tәsirsiz ötüşmәdi. Qәrb düşüncәsinin sosial, iqtisadi vә
siyasi hәyata nüfuz etmәsi, qәrb fikir cәrәyanları ilә
tanışlıq, Avropa әdәbiyyatı nümunәlәrinin tәrcümә vә nәşr
edilmәsi, istәr-istәmәz türk әdәbiyyatının istiqamәtini vә
şәklini dә dәyişdirdi.

Türkiyә әdәbiyyatının xüsusiyyәtlәrini ölkәnin Avro-
6 paya inteqrasiyasına vә şübhәsiz, islam mәdәniyyәti әnә-

nәsinә yaxınlığı şәrtlәndirir. Modern Türkiyә әdәbiyyatını,
şәrti olaraq, aşağıdakı qruplar üzrә tәsniflәndirә bilәrik:
Tәnzimat dönәmi (Namiq Kamal, İbrahim Şinasi, Әhmәd
Midhәd, Ziya Paşa, Әbdülhәqq Hamid vә s); Sәrvәti
Fünün dönәmi (Rәcaizadә Mahmud Әkrәm, Tofiq Fikrәt,
Xalid Ziya Uşaqlıgil, Mәhmәd Rauf vә s); Fecri Ati dönәmi
(Әhmәd Haşim, Emin Bülәnd Sәrdaroğlu, Fuad Köprülü,
Yaqub Qәdri Qaraosmanoğlu vә s); Milli әdәbiyyat
dönәmi (Ömәr Seyfәddin, Mәhmәd Akif Әrsoy, Xalidә Әdib
Adıvar, Rәşad Nuri Güntәkin vә b.); Cümhuriyyәt dönәmi
vә ondan sonrakı dövr (Ziya Osman Saba, Yaşar Nәbi
Nayır, Nazim Hikmәt, Orxan Vәli Kanık, Oktay Rüfәt,
Cahid Külebi, Hüseyn Rәhmi Gürpınar, Pәyami Sәfa,
Kamal Tahir, Әziz Nesin, Nәcati Cumali, Sәlim İlәri, Fakir
Baykurt, Orxan Pamuk vә s).

Qeyd etdiyimiz kimi, ölkәnin bütün sahәlәrindә böyük
islahatlarla müşayiәt olunan Tәnzimat dövrü türk әdәbiy-
   1   2   3   4   5   6   7   8   9   10   11