Page 44 - antologiya
P. 44
Türkiyə ədəbiyyatı antologiyası

QAŞOV

Mehtәrxananın hәyәtindә oynayarkәn aşağıda –
söyüdlәrin altında görünmәyәn dәrәdәn gәlәn
qәmli şırıltını eşidirdik. Evimiz şabalıd ağaclarının
arasında itmişdi. Anam İstanbula gedәndәn sonra mәndәn
bir yaş balaca qardaşım Hәsәnlә mehrimizi mehtәrimiz
Dadaruxa salmışdıq. Sәhәrin gözü açılmamış mehtәr-
xanaya qaçırdıq. Atları çox sevirdik. Dadaruxla onları
sulamağa aparır, bellәrinә minәndә özümüzü bәxtәvәr
sayırdıq. Torbalara arpa doldurmağı, axura ot atmağı,
peyin tәmizlәmәyi әn әylәncәli oyundan da çox xoşla-
yırdıq. Atları qaşovlamaq daha çox xoşumuza gәlirdi.
Dadarux qaşovu götürüb işlәmәyә başlayanda “Mәn dә
istәyirәm”, – deyә dirәşirdim. Bu zaman Dadarux mәni
44 Tosunun belinә mindirir, әlimә dә qaşovu verәrәk: “Sәn
dә elә” – deyirdi. Bu dәmir alәti atın üstünә sürtsәm dә,
heç cür Dadaruxdakı kimi alınmırdı.
– Quyruğunu yellәyir?
– Hә, yellәyir.
– Baxım?
Әyilib baxsam da, atın quyruğunu görә bilmirdim.
Hәr sәhәr mehtәrxanaya gәlәn kimi:
–Dadarux, mәn qaşıyacam, – deyirdim.
– Bacarmazsan.
– Niyә?
– Hәlә balacasan, ona görә...
– Bacararam.
– Bir az da yekәl, sonra.
– Nә qәdәr?
– Atla bir boyda olanacan.
Mehtәrxana işlәrindә elә dә fәrasәtli deyildim. Heç
boyum da atın boyuna çatmırdı. Halbuki әn maraqlı, әn
   39   40   41   42   43   44   45   46   47   48   49